Məhkəmə qərarları › İş №2(039)-1416/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1416/2021

26.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1416/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızının və onun Vəkil, Cavabdeh iştirakı ilə, iddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızının Cavabdeh qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə cavabdehin qanunsuz və əsasız hərəkətlərinə qadağa qoyulması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Həsənova (Teymurova) Rəna Şəmil qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 17.04.2013-cü il tarixdə anası X4 tərəfindən ona bağışlanmış Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə dair inventarlaşdırması məqsədilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneəçilik törədən cavabdehin qanunsuz və əsassız (qadağanedici) hərəkətlərinə son qoyulmasına və Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə onun, 2009-cu il təvəllüdlü X5 ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma bacısıdır. O, həyat yoldaşından ayrılmışdır. 2000-ci il təvəllüdlü X7, 2002-ci il təvəllüdlü Həsənli Günay Vüqar qızı və 2009-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Təvəllüdlərindən göründüyü kimi, Günel və Günay yetkinlik yaşına çatmışlar. 17 aprel 2013-cü il tarixdə anası X2 şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanında, 0,045 hektar torpaq sahəsində yerləşən 1963-cü ildə tikilmiş, 38.7 kv.m yaşayış (əsas) 49.1 kv.m köməkçi, 87.8 kv.m ümumi sahəsi olan 2 otaqlı yaşayış evini ona bağışlamışdır. Həmin bağışlama müqaviləsi Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Lakin o, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanında, 0,045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun adına Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Son vaxtlar bununla bağlı müraciət edən zaman, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri həmin ünvana gedən zaman ciddi problemlərlə üzləşmişlər. Belə ki, DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış 04 iyun 2021-ci il tarixli bildirişdə bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi mühəndis- inventarlaşdırıcısı Ə.Qurbanov ərizədə qeyd olunan ünvana gedərək yerində müayinə baxışı keçirilən zaman bacısı - Cavabdeh mübahisə yaradaraq müayinəyə şərait yaradılmamış və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh bunu məqsədli şəkildə edir ki, daşınmaz əmlak Dövlət reyestrində qeydiyyata alınmasın və onun mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyatdan keçməsin. Cavabdehin qeyd edilən hərəkəti ilə mülkiyyətçi olaraq onun hüquqlarını pozur və mənafeyinə mühüm ziyan vurur. Cavabdehə müraciət edərək inventarlaşdırma məqsədilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneçilik törədilməsinə son qoyulmasına tələb etmişdir. Cavabdeh isə həmin hərəkətlərinə son qoymamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, yaşamağa başqa yeri olmadığını bildirərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsininin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yevlax rayon 1 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş 17.04.2013-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsindən” görünür ki, Teymurova Xədicə Məmməd qızı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0.045 hektar torpaq sahəsində yerləşən 1963-cü ildə tikilmiş, 38.7 kv.m yaşayış (əsas) 49.1 kv.m köməkçi, 87.8 kv.m ümumi sahəsi olan 2 otaqlı yaşayış evini qızı İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 04 iyun 2021-ci il tarixli bildirişindən görünür ki, 03.06.2021-ci il tarixində Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanda yerləşən fərdi yaşayış evini invertarlaşdırmaq məqsədli ilə mühəndisinventarlaşdırıcı Ə.Qurbanov ərizədə qeyd olunan ünvana getmişdir. Lakin həmin ünvanda ərizəçinin bacısı tərəfindən mübahisə yarandığı üçün torpaq səhəsində ölçü işlərinin aparılmasına icazə verilməməsi nəticəsində müayinəyə şərait yaradılmamışdır və invertarlaşma işlərinin aparılması mümkün olmamışdır. 18.01.2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Teymurova Xədicə Məmməd qızı 13.12.2013-cü il tarixdə ölmüşdür. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının mərhum anası Xədicə Teymurovanın adına qeydə alınmış fərdi yaşayış evi sonuncu tərəfindən iddiaçıya bağışlanmışdır, cavabdeh həmin evdə yaşayır və cavabdeh daşınmaz əmlakın inventarlaşdırma prosesinə maneçilik törədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, X1 adına qeydə alınmış Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanında yerləşən yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılmasına maneçilik törədən cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, belə hərəkətlərin edilməsi cavabdehə qadağan edilməli və iddiaçı, övladı X5 ilə birlikdə mübahisəli yaşayış evinə köçürülməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanında yerləşən fərdi yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılması məqsədi ilə daşınmaz əmlaka baxış keçirilərkən maneçilik törədən Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin və belə hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. İddiaçı, övladı Həsənli Nilufər Vüqar qızı ilə birlikdə Yevlax şəhəri C.Cabbarlı küçəsi ev 42 ünvanında yerləşən yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar