Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1421/2023 03.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcundan azad etmə və ya silinməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcundan azad etmə və ya silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən, 28 iyul 2010-cu il təvəllüdlü X3 və 29 iyun 2013-cü il təvəllüdlü əliyev Zeyd Samir oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ödədiyi 7042 manat puldan 5520 manat aliment borcu ödədiyinə görə, yerdə qalan əlavə ödədiyi 1522 manat məbləğində pulun ona geri qaytarılmaqla, onu aliment öhdəlikdən azad etməklə və ya aliment borcunun sininməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə ünvanlayaraq, 01 iyun 2023-cü il tarixə qədər olan hissədə alimentin tam ödənilməsi, 6840 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət ünvanlayaraq, 01 iyun 2023-cü il tarixədək ödənilmiş 6840 manat məbləğində olan aliment məbləğinin ididaçı İddiaçı ona olan aliment borcundan silinməsi, bu məbləğin ödəniş hesab edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 izah etdi ki, tərəflər ailəli olmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün iddiaçıdan cəmi 120 manat aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehə 6840 manat pul ödəmişdir. Hazırda həmin pulun yaranmış aliment borcundan silinməsini istəyir. Cavabdeh məhkəmə iclasıda iddianı qəbul edərək izah etdi ki, iddiaçı ilə ailəli olmuşlar. Birgə nikahlarında iki uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir. İddiaçı ona 6840 manat pul vermişdir. Həmin pulun iddiaçının aliment borcundan silinməsinə razıdır. Qalan aliment borcunu tələb edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 28 fevral 2023-cü il tarixli arayışdan məlum olur ki, X5 28 iyul 2010-cu il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 28 fevral 2023-cü il tarixli arayışdan məlum olur ki, X5 29 iyun 2013-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(039)-1353/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün cəmi 120 manat aliment müəyyən edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 25 aprel 2023-cü il tarixli, MŞM/MT031/2023-00388 saylı arayışdan məlum olur ki, İddiaçı aliment borcunun silinməsi ilə bağlı mediatora müraciət etmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, tərəflər ailə qurmuşlar. Birgə yaşayışlarından iki övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhəkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün İddiaçı cəmi 120 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldırıraq aliment üzrə yaranmış 6840 manat borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edir. Ona görə də, iddia təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(039)-1353/2019 saylı qətnaməsi üzrə İddiaçı yaranmış aliment borcundan 6840 manat silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 2(039)-1353/2019 saylı qətnaməsi üzrə İddiaçı yaranmış aliment borcundan 6840 manat silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1421/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1421/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver