Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1427/2024 18.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X5 Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaqların yaşayış yerinin dəyişdirilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «uşaqların yaşayış yerinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahlarından olan 08 yanvar 2015-ci il təvəllüdlü X2 və 11 iyul 2016-cı il təvəllüdlü X3 yaşayış yerlərinin dəyişdirilərək, onların yaşayış yerinin onun yaşayış yeri sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh ilə onun birgə nikahlarından olan 08 yanvar 2015-ci il təvəllüdlü X2 və 11 iyul 2016-cı il təvəllüdlü X3 onun yanında qalmasını müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X9 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ərizəsi ilə tanış olmuşdur. Hazırda qızı ailə qurub. Uşaqların atasında qalmasına və onun himayəsinə verilməsinə etiraz etmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə qeyri rəsmi evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda uşaqların onun yanında qalmasını istəyir. İddiaçı vəkili X10 məhkəmə iclasında izah etdi ki, tərəflər ailəli olmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar anasının himayəsində saxlanılmışdır. Hazırda cavabdeh yenidən ailə qurmuşdur. Uşaqlar isə faktiki olaraq atasının yanında yaşayır. Cavabdeh nümayəndəsi X9 məhkəmə iclasında izah etdi ki, uşaqların atasında qalmasına razıdır. Lakin uşaqların anası ilə görüşməsinə icazə verilməsini istəyir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 aprel 2024-cü il tarixli MŞY/MT034/2024-00194 saylı arayışdan məlum olur ki, İddiaçı uşaq tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(102)-7651/2019 saylı qərarından məlum olur ki, tərəflər arasında olan nikah pozulmuş və uşaqlar analarının himayəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 iyul 2015-ci il tarixli AZ-lll 526115 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 08 yanvar 2015-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 iyul 2016-cı il tarixli AZ-lll 775631 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 11 iyul 2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının 22 avqust 2024-cü il tarixli 5-9/2- 1020/2024 saylı rəyindən məlum olur ki, Qəyyumluq və Himayəçilik komissiyası, azyaşlıların hüquq və mənafeyini, 08 yanvar 2015-ci il təvəllüdlü X2 və 11 iyul 2016-cı il təvəllüdlü X3 atalarının yanında qalmaq istəmələri ilə bağlı komissiyaya verdikləri ərizələrini əsas götürərək, onların ataları İddiaçı yanında qalmalarını məqsədə uyğun hesab etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər evlənmişlər. Ailə münasibətləri baş tutmadığından ayrımışlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının yanında qalmışlar. Hazırda uşaqlar atasının yanındadır. İddiaçı uşaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəyyumluq və Himayəçilik komissiyası uşaqların atalarının yanında qalmasını məqsədə uyğun hesab edir. Ona görə də, məhkəmə belə qənayətə gəlir ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından olan 08 yanvar 2015-ci il təvəllüdlü X4 və 11 iyul 2016-cı il təvəllüdlü X1 Həsən Usub oğlunun yanında saxlanılmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1-ci bəndinə əsasən, Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.2-ci bəndinə əsasən Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Həmin qərarın 7.4-cü bəndinə əsasən Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmin qərarın 7.5-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 7 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin qərarın 7.6-cı bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Həmin qərarın 7.7-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyrimüəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 7 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 7 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.4-cü maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müəyyən etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 74.1-ci maddəsinə əsasən Uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmənin qətnaməsinin icrası mülki-prosessual qanunvericiliyə əsasən icra qaydasında yerinə yetirilir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 74.2-ci maddəsinə əsasən Valideynlər (onları əvəz edən şəxslər) məhkəmə qətnaməsinin icrasına mane olurlarsa, onlar barəsində mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tətbiq edilir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 74.3-cü maddəsinə əsasən Uşağın alınıb başqa bir şəxsə verilməsi ilə əlaqədar məhkəmə qətnaməsinin məcburi icrasında müvafiq icra hakimiyyəti orqanını, uşağı götürən şəxsin, zəruri hallarda isə polis orqanı nümayəndəsinin iştirakı vacibdir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 74.4-cü maddəsinə əsasən Uşağın verilməsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan vurmadan icra olunması mümkün olmadıqda, uşağın mənafeyinə ziyan vurmadan uşaq, məhkəmənin qərardadı ilə müvəqqəti olaraq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər anoloji müəssisələrdə yerləşdirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahlarından olan 08 yanvar 2015-ci il təvəllüdlü X4 və 11 iyul 2016-cı il təvəllüdlü X1 Həsən Usub oğlunun yanında saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1427/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1427/2024
18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver