Məhkəmə qərarları › İş №2(039)-1432/2020

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1432/2020

06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1432/2020 06.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü qızı Xatunun və xx xxxxxx 2015-ci il təvəllüdlü qızı Xədicənin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin hər cür qazancından bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən bir uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx xxxxxx 2012-ci il təvəllüdlü qızı Xatun və xx xxxxxx 2015-ci il təvəllüdlü qızı Xədicə adlı övladları dünyaya gəlmişdir. Cavabdehla ailədə münasibətlərinin kəskinləşdiyi üçün son üç ildir İ, ondan faktiki ayrılıb, valideynlərinin yanında yaşayır. Övladlarının, yəni qızlarının talehi ilə Cavabdeh maraqlanmır. Cavabdeh Bakı şəhərində “X4” MMC şirkətində işləyir, onun maddi durumu olduqca yaxşıdır. Övladlarına çətinliklə və valideynlərinin maddi köməyi ilə baxır. Övladlarının saxlanması üçün imkanları çox məhduddur. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin birgə nikahından xx xxxxxx 2012-ci il təvəllüdlü X5 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 doğulmuşlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, tərəflərin birgə nikahlarından olan uşaqları iddiaçının yanında qaldığından cavabdehdən birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2012-ci il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar