Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1469/2020 19.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, cavabdeh Saqıxov Əlövsət Qara oğlunun, Cavabdeh3 Süleyman qızının, onların və digər cavabdeh Hətəmova Çinarə Əlövsət qızının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Sadıxov Əlövsət Qara oğluna, Cavabdeh3 və Hətəmova Çinarə Əlövsət qızına qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Yevlax rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayənədliyi və Yevlax rayonu Qaramanlı Bələdiyyəsini qeyd etməklə “cavabdehlərin yaydıqları rüsvayedici məlumatlara görə təkzib vermələri, şərəf və layəqətinin müdafiəsi ilə bağlı cavabdehlər tərəfindən vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Sadıxov Əlövsət Qara oğluna, Cavabdeh3 və Hətəmova Çinarə Əlövsət qızına qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun haqqında - “onun ərə gedərkən bakirə olmamağı” ilə bağlı yaydıqları yalan məlumatlara Yevlax rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində iclas təşkil etməklə və həmin iclasa kənd əhalisi (ən azından kənd aktivləri) cəlb edilməklə, həmin iclasda cavabdehlərin onun haqqında yaydıqları həmin məlumatlara təkzib vermələri, üzr istəmələri və ləyaqətinin müdafiəsi ilə bağlı cavabdehlər tərəfindən vurulmuş mənəvi ziyana görə cavabdehlərin hər birindən 10000 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh1 Əlövsət oğlu onunla faktiki nikah münasibətinə girərək həyat yoldaşı olmuşdur. Digər cavabdehlər Əlövsət Sadıxov və Cavabdeh3 qaynatası və qaynanası, Çinarə Hətəmova isə baldızı olmuşdur. O, Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixdə el adət-ənənəsinə uyğun olaraq evlənmişdir. Lakin rəsmi nikahları olmamışdır. xx.xx.2019- cu il tarixdə toy gecəsi Cavabdeh1 ilə cinsi əlaqədə olmuş, lakin bakirəliyi pozulmamışdır. Buna görə də cavabdehlər Cavabdeh3 və Çinarə Hətəmova onun toydan əvvəl bakirə olmadığını iddia edərək onun qızlıq pərdəsinin tamlığının təyininə dair ekspertizadan keçməyi ona təklif etmişlər. Bununla bağlı Mingəçevir şəhərində və Yevlax şəhərində ekspertlərə müraciət etsələr də, ekspertlər imtina etmişlər. Daha sonra isə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində öz razılığıyla ekspertizadan keçmiş və ekspert rəyində onun qızlıq pərdəsinin tamlığının pozulmadığı göstərilmişdir. Bundan sonra, bir müddət Cavabdeh1 ilə onun evində valideynləri ilə birlikdə yaşamış, xx.xx.2020-ci il tarixdə isə Cavabdeh1 Rusiya Federasiyasına getmiş və gəlib onu da özü ilə aparacağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə cavabdehlər - baldızı Çinarə Hətəmova və qaynatası Əlövsət Sadıxov ilə birlikdə Bərdə rayonuna xəstəxanaya getmiş və ona bildirmişlər ki, onu xəstəxanaya müalicə almaq məqsədilə aparırlar. Lakin xəstəxanadan qayıtdıqdan sonra, baldızı Çinarə Hətəmova həkimin onlara onun bakirə olmadığını və bakirəliyinin təxminən iki-üç il bundan əvvəl pozulduğunu dediyini bildirmişdir. Daha sonra isə Cavabdeh1 ona səsli mesaj ataraq artıq onunla birlikdə yaşamaq istəmədiyini və Cavabdeh3 öz razılığıyla çıxıb atası evinə qayıtmağını ona bildirmişdir. O, Cavabdeh3 öz razılığıyla çıxıb atası evinə getmək təklifi ilə razılaşmamış və bununla bağlı atası Nümayəndə məlumat verməyi tələb etmişdir. Atası Nümayəndə xx.xx.2020-ci il tarixdə onun gəlin köçdüyü, o cümlədən cavabdeh Əlövsət Sadıxova məxsus evə gəlmiş və o, atasının evinə qayıtmışdır. Hazırda cehiz əşyalarını götürsə də, cavabdehlər ona məxsus qızıl-zinət əşyalarını verməmişlər. Cavabdehlər onun Cavabdeh1 ilə ailə həyatının pozulmasının səbəblərini onun gəlin köçən zaman bakirə olmamağıyla əlaqələndirirlər və hər yerdə deyirlər ki, guya ki, o, toy gecəsi bakirə olmamış və Bərdədə həkim ginekoloq işləyən Tahirə adlı qadın da deyib ki, guya o, iki-üç ilin gəlinidir və onun bakirəliyinin pozulması təzə deyildir. Eyni zamanda, cavabdehlər Bakıdan əldə edilmiş ekspert rəyini də cırıb tullamışlar. O, öz ailəsi ilə birlikdə yenidən Bakıya gedərək oradan xx.xx.2019-cu il tarixli ekspert rəyinin təkrarını almışdır. Cavabdehlər və o, eyni kənddə yaşayır və kənd içərisində hamı bir-birini tanıyır. Söz-söhbət daha tez yayılır. Kənd içərisində haqqında yayılmış yalan və rüsvayedici məlumat onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, bütün nəslinə ləkə vurmuşdur. Halbuki, cavabdehlərin onun haqqında söylədikləri həqiqəti əks etdirmir. Haqqında yayılan məlumatlar sırf əxlaqi prinsiplərdir və kənd arasında nəinki onun, eyni zamanda bütün nəslinin haqqında mənfi rəy yaratmışdır. Cavabdehlər onun toy gecəsi bakirə çıxmamağını yaşadığı kənd arasında, qohumlar arasında yaymaqla yanaşı, üstəlik atası Nümayəndə rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsinin araşdırılması zamanı bir daha yazılı şəkildə və daha böyük böhtanlarla bildirmişlər. Atası Nümayəndə rayon polis şöbəsinə yazmış olduğu şikayət ərizəsi əsasında polis çöbəsinin təhqiqat bölməsində HK-1/1217 nömrəli material olmuş və təhqiqat araşdırılması zamanı izahatı alınmış Cavabdeh3 bildirmişdir ki, oğlu Cavabdeh1 İddiaçı ilə cinsi əlaqədə olan zaman İddiaçı bakirə olmadığı aşkar olunmuşdur və oğlu Cavabdeh1 deməsinə görə, guya ki, onun bakirə olmamağını bilinməməsi üçün barmağını kəsməyini və onun bakirə olmasını təsdiq etməsini Elvinə təklif etmişdir. Lakin Cavabdeh1 buna razı olmamışdır və onun qızlıq pərdəsinin tamlığının yoxlanılması üçün xx.xx.2019cu il tarixdə Bakı şəhərində ekspertizadan keçmişdir. Cavabdehlər onun haqqında dedikləri tam yalan olmaqla yanaşı, həm də cəfəngiyyatdır. Sual olunur ki, əgər o, toy gecəsi Cavabdeh1 barmağını kəsməklə onun bakirə olmadığını ört-basdır etməyi təklif etmişdisə, hansı səbəbdən həmin gündən bu məsələyə son qoyulmur və onun öz etirafıyla onu atası evinə qaytarmamışdılar. Daha Mingəçevirdə, Yevlaxda ekspertlərə müraciət etməyə, Bakıda ekspertizadan keçməyə nə ehtiyac var idi. Cavabdehlər ondan ayrılmaq niyyətində olmuş, ondan ayrılmaq üçün bəhanə axtarmış. Ona görə də belə məlumatlar yaymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sadıxov Əlövsət Qara oğlu iddia tələbinin əsassız olduğunu, iddiaçı barəsində qeyd olunan məlumatların onun tərəfindən yayılmadığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı və onun valideynləri oğlu Cavabdeh1 və onun şəxsiyyəti barədə kənd içində xoşagəlməz ifadələr işlətdiyinə görə, o da hirslənib iddiaçı barəsində qeyd olunan fikirləri söyləmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər Ç.Hətəmova, Cavabdeh1 və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X4, X5, X10, X1 yaşadıqlarını, İddiaçı boşanmağına səbəb kimi onun toy günü bakirə olmaması və bu xəbərin kənddə toy və yas mərasimlərində kənd sakinləri tərəfindən danışıldığını, həmin xəbərləri şəxsən cavabdehlərin dilindən eşitməsələr də, həmin xəbərlərin cavabdehlər tərəfindən yayıldığını güman etdiklərini bildirmişlər. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Yevlax şəhərində yaşayır, qaynanasıgil Yevlax rayonu Qaramanlı kəndində cavabdehlərlə qonşu yaşayır, Xəyalə və Elvinin toyunda iştirak edib və bir müddət sonra Xəyalənin boşandığını eşitmişdir. Cavabdeh3 Xəyalə və Elvinin boşanma səbəbini soruşduqda, sonuncu ona Xəyalənin toy günü bakirə olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdi ki, Xəyalənin əmisi arvadıdır. O, toy günü Xəyalə ilə birlikdə cavabdehlərin evinə getmiş və toy günü axşam Xəyalənin qaynanası Dünyaxanım ona Xəyalənin bakirə olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16-Təcrübə və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 40/KEŞ-P №-li aktından görünür ki, 2000-ci il təvəllüdlü İddiaçı qızlıq pərdəsinin tamlığı pozulmayıb. Müəyyən olunur ki, Yevlax rayonu Qaramanlı kəndində iddiaçının toy günü bakirə olmadığı barədə məlumat yayılmışdır. İşin bu halı məhkəmə proseslərində iştirak edən tərəflərin izahatı, o cümlədən şahidlərin ifadəsi ilə təsdiq olunur. Şahidlərin məhkəməyə yalan məlumat verdiyini güman etməyə əsas yoxdur. İnandırıcı deyil ki, iddiaçı özü barəsində belə (mənəvi-əxlaqi təsəvvürlərə uyğun gəlməyən) məlumatları həmkəndlilərinə bildirsin, daha sonra isə həmin şəxsləri məhkəmədə cavabdehlərin əleyinə ifadə verməyə təhrik etsin. İddiaçı bildirir ki, əri və onun ailəsi ondan ayrılmaq üçün bəhanə axtarmış, ona görə də belə məlumat yaymışdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Plenumun qərarında qeyd olunmuşdur ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İddiaçının barəsində yayılan məlumat əxlaqi prinsiplər baxımından həmkəndliləri arasında iddiaçının barəsində mənfi rəy yaratmışdır. Plenumun qərarında qeyd olunub ki, məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. İddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi məlumatı yayan şəxsin – cavabdehlərin üzərinə düşür. Cavabdehlər məlumatın doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Plenumun qərarında qeyd olunub ki, məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. İddiaçının izahatından və şahidlərin ifadəsindən görünür ki, Cavabdeh3 məlumatı iddiaçının qohumuna (Südabə İsmayılovaya), qonşusuna (Bahar Məmmədovaya), Yevlax rayon Polis Şöbəsində verdiyi izahatında bildirmişdir. Məhkəmə Mülki Məcəllənin 23-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Cavabdeh3 iddiaçının barəsində yaydığı həmin məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilməli, Cavabdeh3 Qaramanlı kənd inzibati ərazi nümyəndəliyində kənd sakinlərinin iştirakı ilə keçirilən iclasda yaydığı məlumatı təkzib etməli, iddiaçıdan üzr istəməli və mənəvi zərərin əvəzi kimi iddiaçıya 1.000 manat pul ödəməlidir. Plenum qərarında qeyd olunmuşdur ki, həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatın yayılması üsuluna uyğun olmalıdır. “Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iclasında məlumatın təkzib edilməsi və üzr istənilməsini” iddiaçı tələb etmişdir, həmin üsul məlumatın yayılma üsuluna zidd sayılmır. Həmin məlumatın yayılması iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Mənəvi zərərin əvəzinin 1.000 manat müəyyən edilməsi ağlabatandır. Məhkəmə digər cavabdehlər Cavabdeh1, Ə.Sadıxov və Ç.Hətəmovaya münasibətdə bildirir ki, iddiaçı onun barəsində yayılmış məlumatların həm də sonuncular tərəfindən yayıldığını bildirsə də, bu hal məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı haqqında “ərə gedərkən bakirə olmadığı” barədə məlumata, kənd əhalisi (ən azından kənd aktivləri) cəlb edilməklə Yevlax rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təşkil edilmiş iclasda Cavabdeh3 tərəfindən təkzib verilməli, üzr istənilməli və mənəvi ziyana görə 1000 manat pul Cavabdeh3 tərəfindən İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 tərəfindən İddiaçı barəsində yayılmış “İddiaçı ərə gedərkən bakirə olmaması barədə” məlumata kənd əhalisi (ən azından kənd aktivləri) cəlb edilməklə Yevlax rayon İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təşkil edilmiş iclasda Cavabdeh3 tərəfindən təkzib verilsin və Cavabdeh3 İddiaçı üzr istəsin. Mənəvi zərərin əvəzi kimi 1000 (bir min) manat Cavabdeh3 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1469/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1469/2020
19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver