Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1480/2020 28.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğludur. O, ünvan 1 mənzil 7 ünvanında 2 otaqlı təmirsiz uçuq mənzildə ailəsi dağılmış qızı və onun oğlu, həmçinin oğlu Sahib, onun övladı və həyat yoldaşı ilə birgə yaşayır. Qızı nikahının pozulmasından sonra azyaşlı oğlu ilə birlikdə onun himayəsində yaşayırlar, nəvəsinin saxlanılması üçün məhkəmə qətnaməsi ilə qızının keçmiş ərindən aliment tutulsa da, 5 ildir aliment ödənilmir və o, qızını və nəvəsini saxlamaq məcburiyyətindədər. Qızı heç bir yerdə işləmir. Oğlu Sahib isə ona heç bir maddi köməklik göstərmir. Hər ay onunmüalicəsinə 150-200 manatdan çox pul xərclənir. Cavabdeh fərdi əməklə məşğul olur qazancı yetərincədir. Vəziyyəti maddi cəhətdən ağır olduğuna görə aliment tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqaüdçüdür, dövlət tərəfindən ona 300 manat təqaüd verilir. Onun himayəsində qızının və nəvəsinin olması onun maddi vəziyyətini çətinləşdirir. Oğlu Sahib isə ailənin saxlanılmasında ona heç bir kömək göstərmir. Evin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, ailə üzvləri ilə barabər atasından miras qalan evde anası ilə birlikdə yaşayır. Ailəlidir, bir övladı var. 3-cü qrup əlil olduğu üçün dövlətdən 233 manat pensiya alır. Eyni zamanda bankdan kredit götürüb və hazırda hər ay kredit üzrə ödənişlər etmək öhdəliyi var. Qeyd etdikləri nəzərə alınaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materialları (doğum haqqında və nikah haqqında şəhadətnamə, arayış, kredit müqaviləsi) ilə müəyyən olunur ki, cavabdeh iddiaçının oğludur, evlidir, bir azyaşlı uşağı var, 3-cü qrup əlildir, əlilliyə görə 230 manat əmək pensiyası alır və bank qarşısında kredit öhdəliyi var. Hazırda iddiaçı saxlanılması üçün cavabdehdən, yəni oğlundan alimentin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında xəstə olduğunu və müalicəsi üçün hər ay 150-200 manat pul xərclədiyini bildirsə də, tərəfindən qeyd edilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı 300 manat təqaüd aldığını, lakin digər qız övladının və onun uşağının (nəvəsinin) da onun himayəsində olduğunu və onların saxlanılmasında çətinlik çəkdiyini əsas gətirərək cavabdehdən aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunun tələbləri baxımından yetkinlik yaşına çatmış övladlardan aliment məhz valideynin saxlanılması üçün tutula bilər. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cünay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1480/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1480/2020
28.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver