Məhkəmə qərarları › İş №2(039)-156/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-156/2020

05.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-156/2020 05.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin hərəkətlərinin mülki hüquq pozuntusu-delikt hesab edilməsi və cavabdehlərin qanunsuz fəaliyyətlərinin dayandırılması tələbinə dair” işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin hərəkətlərinin mülki hüquq pozuntusu-delikt hesab edilməsi və cavabdehlərin qanunsuz fəaliyyətlərinin dayandırılması tələbinə dair” iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən X3 balansında olan 6 metr ölçüdə suvarma yolu ərazisinin tutulmasını mülki hüquq pozuntusu delikt hesab edilməsi və qeyd edilən hərəkətlərin dayandırılmasıöz vəsaitləri hesabına sökülməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 xx xxxx 2020-ci il tarixdə məhkəməyəərizəünvanlayaraq, ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinəəsasən iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin hərəkətlərinin mülki hüquq pozuntusu-delikt hesab edilməsi və cavabdehlərin qanunsuz fəaliyyətlərinin dayandırılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehin hərəkətlərinin mülki hüquq pozuntusu-delikt hesab edilməsi və cavabdehlərin qanunsuz fəaliyyətlərinin dayandırılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı nümayəndəsi X2 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar