Məhkəmə qərarları › İş №2(039)-1567/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1567/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1567/2023 15.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili X2 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın ananın himayəsində saxlanılması və aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «uşağın ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2007-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmaqla, Cavabdeh 04 iyul 2007-ci il təvəllüdlü X4 və 03 avqust 2009-cu il təvəllüdlü X1 görə hər bir uşaq üçün hər ay 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izah etdi ki, ailəli olmuşlar. İki uşaqları var. İkisi də onun yanındadır. Boşandıqdan sonra uşağın biri atasında idi. Lakin indi onun yanına gəlib. Hazırda 160 manat aliment tələb edir. İddiaçı nümayəndəsi və vəkili X5 izah etdi ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hazırda cavabdeh tərəflə razılığa gəlmişlər. Uşaqlar indi anasının yanındadır. İdidaçı aliment tələb edir. Cavabdeh izah etdi ki, birgə yaşamaqları alınmayıb. Haızrda ayrılmışlar. Uşağın biri onda idi. Hazrda anasının yanına getmişdir. Hazırda uşaqların anasında qalmasına etiraz etmir. Hər ay hər uşaq üçün 160 manat alimet ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 03 aprel 2023-cü il tarixli 00871 saylı arayışdan məlum olur ki, İddiaçı uşaqların onun yanında qalması və aliment tələbi ilə mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli 2(039)-2989/2017 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından olmuş uşaqlar İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 18 oktyabr 2023-cü il tarixli 5- 9/2-1686/2023 saylı rəyindən məlum olur ki, 04 iyun 2007-ci il təvəllüdlü X4 anasının yanında qalmaq istəməsi ilə bağlı verdiyi ərizələrini əsas götürərək, anası İddiaçı yanında qalmalarını məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və uşaqlar anasının himayəsində saxlanılmışdır. İddiaçı Cavabdeh qarşı «uşağın ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 04 iyul 2007-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmaqla, Cavabdeh 04 iyul 2007-ci il təvəllüdlü X4 və 03 avqust 2009-cu il təvəllüdlü X1 görə hər bir uşaq üçün hər ay 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesi zamanı cavabdeh uşaqların anasında qalmasına və har ay 160 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Həmçinin iddiaçı 160 manat alimentin təyin olunmasına etiraz etmədiyini bildirimişdir. Ona görə də, məhkəmə uşaqların layiqli, firəvan yaşayış şəviyyəsini, təlimtərbiyyəsini, təhsilini nəzərə alaraq hesab edir ki, 16 may 2023-cü il tarixdən başlayaraq 04 iyul 2007-ci il təvəllüdlü X4 və 03 avqust 2009-cu il təvəllüdlü X3 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddianın uşağın ananın himayəsində qalması hissəsi Yevlax Rayon Məhkəməsinin 28 avqust 2017-ci il tarixli 2(039)-2989/2017 saylı qətnaməsi ilə iddiaçının himayəsinə verildiyindən və hal qazırda anasının himayəsində yaşadığından rədd edilməlidir. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.4-cü maddəsinə əsasən Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 may 2023-cü il tarixdən başlayaraq 04 iyul 2007-ci il təvəllüdlü X4 və 03 avqust 2009-cu il təvəllüdlü X3 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat aliment alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar