Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-1630/2021 13.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlu, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor "Kreditor" MMC ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 01 07.1978-ci il tarixdə Yevlax rayonu Xanabad kəndində doğulmuş və Yevlax rayonu Xanabad kəndində rəsmi qeydiyyatda olan Borclu 500 manat məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 520 manat məbləğində pulun alınaraq "Kreditor" MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, iş üzrə Borclu kredit müqaviləsinə əsasən "Kreditor" MMC-dən dəyəri 1539 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 500 manat borcu qalıb. Odur ki, borcludan 500 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 150 manat məbləğində pul vəsaitinin alınaraq "Kreditor" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; Maddə 278. Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Beləliklə, borclu tərəfindən kreditorla bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin lazımınca icra edilmədiyi təsdiq olunur. Tələb edilən borcun əsassızlığına dair hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borc, habelə ödənilmiş 20 manat məbləğində pul vəsaiti borcludan kreditorun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq, ƏMR EDİRƏM : Borclu, 01 07.1978-ci ildə Yevlax rayonu Xanabad kəndində anadan olmuş Borclu 27 mart 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 500 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 520 (beş yüz iyirmi) manat "Kreditor" MMC-nin xeyrinə tutulsun. Borclu, məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində, verilmiş tələbə və ya onun hissəsinə qarşı, əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1630/2021
Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-1630/2021
13.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver