Məhkəmə qərarları › İş №2(039)-1676/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1676/2020

15.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1676/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı bir uşaqlarının 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 70 manat məbləğində alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, o, Cavabdeh ilə faktiki ailə həyatı quraraq xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikah qeydindən keçmişlər. Bu nikah Bərdə regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 1342 sayla qeydiyyata alınmışdır. Onların birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı bir övladları olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Beləki, cavabdeh uşağına heç bir qayğı göstərmir və ümumiyyətlə evdə tapılmır. Uşağı azyaşlı olduğundan heç yerdə işləyə bilmir. Bu səbəbdən uşağının təlabatlarını ödəyə bilmir. Ailəni dolandırmada çətinlik çəkir. Onun da uşağının başqa uşaqlar kimi normal yaşamağa haqqı var. Bir ana kimi öhdəsinə düşən bütün vəzifələrini layiqincə yerinə yetirsə də, cavabdehin maddi imkanı çatmasına baxmayaraq o könüllü olaraq uşağına yardım göstərməyə cəhd etmir. Ona görə də, məcbur olub hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, xx xxxxxxxx 2020-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən ASAN Bərdə tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri G.Əliyev küçəsi ev 3-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2017-ci il tarixli AZ-İV 040168 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 xx xxxxxx 2017-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atasıCavabdeh, anası İddiaçıdır. İşəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli 05Q/69-411/12 saylı nikah haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh ilə X3 xx xxxxxx 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinəəsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinəəsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinəəsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağıöz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinəəsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinəəsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinəəsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinəəsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinəəsasən, bu köməyin göstərilməsindən imtina edildikdə vəər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə vəümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isəAzərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinəəsasən işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinəəsasən şəxsin saxlanılmasıüçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər xx xxxxxx 2017-ci ildəailə qurmuşlar. Birgə yaşayışlarından bir övladları dünyaya gəlmişdir. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaq anasının himayəsində qalmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq, uşağın saxlanılmasıüçün hər ay 70 manat alimentin tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşağın layiqli, firəvan yaşayışşəviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanmasıüçün hər ay 70 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxxxx 2017-ci il təvəllüdlü X2 adlı uşağın 18 yaşınaçatanadək saxlanılması üçün hər ay 70 manat aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Azərbaycan RespublikasıŞəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar