Məhkəmə qərarları › İş №2(039)-1680/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1680/2021

01.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1680/2021 01.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili X1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar X3, İddiaçı2, İddiaçı3nın, İddiaçı4 və İddiaçı5 Cəfər qızının cavabdehlər Cavabdeh1 və X2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X6 və qeyriləri cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıların adına verilmiş 11.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla ümumi birgə mülkiyyətdə olan Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,6159 ha torpaq sahəsindən iddiaçıların 1/7 hissədə paylarıının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.(iddia tələbinin həcmi azaldılmışdır) İddiaçılar tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən iddiaçıların adına verilmiş 11.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,6159 ha torpaq sahəsi ümumi birgə mülkiyyətlərindədir. Onlar torpaq sahəsini satmaq istəyir. Həmin torpaq sahəsi birgə mülkiyyətdə olduğundan, hər bir mülkiyyətçinin payı ayrılmadığından tərəflərindən onlara məxsus olan əmlakı sata bilmirlər. Birgə mülkiyyətdə olan əmlakın qanuni əsaslarla bölünməsini və paylarının ayrılmasını istəyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili X5 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etdiyini iddiaçıların torpaqlarının ayrılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışından görünür ki, Yevlax rayonu Qaraməmmədli 5.6159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı5, Cavabdeh1, X3, İddiaçı3nın, İddiaçı4, İddiaçı2 və Cavabdeh2 birgə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özlərinə məxsus olan hissədə paylarının ayrılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı5 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 5,6159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə iddiaçıların hər birinin payı müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışı ilə İddiaçı5 və başqalarına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 5,6159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə X3, 1/7 hissəsinə İddiaçı2, 1/7 hissəsinə İddiaçı3nın, 1/7 hissəsinə İddiaçı4 və 1/7 hissəsinə İddiaçı5 Cəfər qızının payları müəyyən edilsin. Qətnamədə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar