Məhkəmə qərarları › İş №2(048)-229/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-229/2024

29.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-229/2024 29.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı 1 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməklə meşə fondu sahəsinin boşaldılaraq və əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı 1 saylı X2 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət meşə fonduna dəymiş zərərin əvəzi qismində 1201 (bir min iki yüz bir) manat 76 qəpik pul vəsaitinin ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən 1 saylı X1 Mərkəzinin hesabına ödənilməsi və Cavabdeh tərəfindən Lerik meşəbəyliyinin 4 saylı meşə dolayın 34-cü kvartalında qanunsuz zəbt etdiyi 0.35 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun,ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 1 saylı X3 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş tərəflər, heç bir üzürlü səbəb olmadan 29 aprel 2024-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Eyni zamanda tərəflər işə onların iştirakı olmadan baxmağı məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı 1 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməklə meşə fondu sahəsinin boşaldılaraq və əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar