Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1700/2025 10.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı İbahim oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “atalıq qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İbahim oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “atalıq qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, xx.xx.2015-ci il tarixində doğulmuş X2 atası olması faktının müəyyən edilməsini, habelə xx.xx.2015-ci il tarixində doğulmuş X1 üçün Cavabdeh2 hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı İbahim oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində cavabdeh qismində qeyd olunan Cavabdeh2 cavabdeh hissəsindən çıxarılmasını istəyir. Hazırki tələbində onun cavabdeh qismində iştirakına lüzum yoxdur. İddianın əsas cavabdehi Cavabdeh1dır. Bu səbəbdən Cavabdeh2 hazırki tələbinin cavabdeh hissəsindən çıxarılmasını xahiş edərək iddianın xahiş etdi hissəsini hazırki şəkildə qəbul edilməsini, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 atası olmaması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdiyin bildirirək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 atası İddiaçı olmadığını qeyd edərək müvafiq ərizinə məhkəməyə təqdim etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, MŞY/MT034/2024-00644 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı “atalıq qeydinin etibarsız hesab edilməsi tələbi” ilə müraciət etmişdir. (Mediator: Z.Əhmədova). -Yevlax rayon Qeydiyyat şöbəsinin 13 fevral 2015-ci il tarixli, AZ-İİİ 489186 №-li doğum haqqında şəhadətnaməsindən görünür ki, X3 xx.xx.2015-ci ildə Bərdə şəhərində anadan olmuşdur, atası İddiaçı və anası Cavabdeh1dır. -Yevlax rayon Qeydiyat şöbəsinin 20 fevral 2020-ci il tarixli AZ-İ 346374 №-li şəhadətnaməsindən görünür ki, 20 fevral 2020-ci ildə İddiaçı ilə Cavabdeh1 arasında olan rəsmi nikah ləğv edilmişdir. Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını iddianın etiraf edilməsinin üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ddiaçı İddiaçı İbahim oğlunun xx.xx.2015-ci il təvəllüdlü X2 bioloji atası olmaması müəyyən edilməli, xx.xx.2015-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydinə dəyişiklik edilsin və müvafiq qeydlər aparılaraq, uşağın soyadı qrafasından “Nuriyeva”, atası qrafasından “İddiaçı” qeydləri silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı İbahim oğlunun xx.xx.2015-ci il təvəllüdlü X2 bioloji atası olmaması müəyyən edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 doğum haqqında akt qeydinə dəyişiklik edilsin və müvafiq qeydlər aparılaraq, uşağın soyadı qrafasından “Nuriyeva”, atası qrafasından “İddiaçı” qeydləri silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinetdən istifadə etməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1700/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1700/2025
10.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver