Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-173/2020 16.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Cavabdeh1 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vətəndaşın şərəf və ləyaqətinin müdafiəsi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məhkəmə tərəfindən onun barəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yayılmış məlumatın, qanuni əsaslarla icarələri altında olan torpaq sahələri Yevlax rayon İcra Hakimiyyətində işləyən vəzifəli şəxslərin, habelə Yevlax rayonu Aran Bələdiyyəsi sədrinin dəstəyi, həmin torpaq sahələri məcburən, eyni zamanda qanunsuz olaraq onlardan alınaraq Yevlax rayonu Aran qəsəbə sakini İddiaçı adlı şəxsə verilmişdir. İddiaçı Bakı şəhəri X2 yüksək vəzifədə işləyir. İddiaçı həmin torpaq sahələrinin qanunsuz olaraq bizdən alınıb ona verilməsi üçün yuxarıda qeyd edilən vəzifəli şəxslərə 60000 manat pul verdiyini bildirərək Yevlağın sahibi olduğunu bildirir. Lakin həmin torpaq sahələrinə dair İddiaçı əlində heç bir rəsmi sənəd yoxdur. Onlar çox qorxurlar ki, İddiaçı Yevlax rayon İcra Hakimiyyətində xərclədiyi 60000 manatın (özünün etiraf etdiyi kimi Yevlax rayon İcra Hakimiyyətində işləyən Allahverdi müəllimə vermişdir) təsiri ilə əvvəl olduğu kimi, onlar Yevlax Rayon Məhkəməsində həqiqətə nail olmayalar. Hal-hazıradək torpaqları İddiaçıdır. Heyvanları otarmağa yerləri yoxdur. Torpaqları onlara təhfil verilmir. İddiaçı müdafiə olunur. Hətta İddiaçı yaşadıqları evin ətrafından silahla keçərək onları hədələyir. İddiaçı əlində silah daim evlərini nəzarətdə saxlayır. Onların ailələrinin övladları qorxudan evdən bayıra çıxa bilmirlər. Bununla bağlı əvvəllər də Sizlərin hər birinizə müraciət etmişlər. Lakin heç bir nəticə olmayıbdır kimi yayılmış bu məlumatların şərəf və ləyaqəti alçaldan və hörmətdən salan işgüzar nüfuza xələl gətirən məlumatlar olması hesab edilməklə, bu məlumatların həqiqəti əks etdirməyən fikirlər olduğu müəyyən edilməsi; cavabdehlərin yaymış olduğu, ərizədəki məlumatları şərəf və ləyaqətini alçaldan, hörmətdən salan, işgüzar nüfuzuna xələl gətirən məlumatlar olduğundan, bu məlumatlar cavabdehlər tərəfindən rəsmi qaydada təkzib edilməsi; cavabdehlərin şərəf və ləyaqətimi alçaldan, hörmətdən salan, işgüzar nüfuzuna xələl gətirən məlumatları nəticəsində keçirdiyi mənəvi sarsıntı və istirablara görə onların hər birindən 10000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsinə və ödənilən dövlət rüsumunun onlardan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz ünvanlayıb, iddia ərizəsinin əsassız olduğunu bildirərək, onlara köməklik edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlər xeyli bir müddətdir ki, əsassız şayələri ilə çoxsaylı dövlət oqranlarında iddiaçının barəsində mənfi rəy formalaşdırmağa çalışırlar. Qaynaqlandığı yerlərdən istifadə edərək onu bir dövlət məmurunu mütamadi olaraq yalan məlumatlarla şərləyirlər. Hətta vəziyyət o həddə çatıb ki, iddiaçı işini, gücünü ataraq ancaq dövlət idarələrinin çağırışlarına gedərək yazılmış şər və böhtanlara rəsmi cavab vermək məcburiyyətində qalmışdır. Bütün bunlar onun şəxsiyyətinə, həyatına və sağlamlığına ciddi təsirlər edib. Cavabdehlər nə qanundan, nə dövlət orqanlarından çəkinmədən istədiyi məlumatları istədiyi şəkildə rəsmi qaydada yazmaqla, elan etməklə, yaymaqla iddiaçının şərəf və ləyaqətini alçaltmaqla məşğuldurlar. İddiaçı çoxsaylı böhtan dolu yazıların təsirindən çıxa bilmir. Öz-özlüyündə bu yazılara bu şəxslərin nə vaxt son qoyacağını düşünür. Ancaq bunlar hər gün daha da irəli gedərək şər və böhtan dolu yazılarından əl çəkmirlər. İddiaçı 1991-ci ildə Yevlax rayon 28 Aprel Sovxozunda, indiki Aran qəsəbəsində 100 ha torpaq sahəsi götürərək yüksək səviyyəli bir təsərrüfat yaratmışdır. Daha sonra həmin torpaqlardan düzgün istifadə edərək təsərrüfatın gücünü artırmışdır. Belə ki, həmin yerdə layihə əsasında 200 başlıq iribuynuzlu mal-qara üçün tövlə, yay tövləsi, anbar, yaşayış üçün evlər tikdirmişdir. Burada 7 ailə yaşamaqla 20 nəfər daimi iş yeri ilə təmin olunmuşdur. Təsərrüfatda son günlərdə cənab Prezidentimizin kənd təsərrüfatına diqqət və qayğısının yüksək olduğunu nəzərə alaraq 2017-ci ildə 30 ha torpaq sahəsində pambıq əkərək 66 ton, məhsul təhvil vermişdir. Sonra 50 ha torpaq sahəsində taxıl əkərək 400 ton taxıl təhvil vermişdir. 6 ha sahədə bağ, 20 ha sahədə yonca, 10 ha sahədə qarğıdalı, 10 ha sahədə arpa əkmişdir. 2018-ci ildə 30 ha sahəsində pambıq, 80 ha sahədə taxıl, 20 ha sahədə yonca, 10 ha sahədə qarğıdalı əkmişdir. 2019cu ildə 30 ha sahəsində pambıq, 80 ha sahədə taxıl, 10 ha torpaq sahəsində qarğıdalı əkmişdir. Lakin 2007-ci ildən onun təsərrüfatının qonşuluğuna Eldar adlı bir ailə düşərək özləri üçün qoyun ferması tikiblər. Bundan sonra bunların işi, peşəsi iddiaçıdan yazmaq olmuşdur. Hazırkı iddianın əsası ondan ibarətdir ki, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Meliorasiya X8 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Prezidentinin X4 ilə iş və Hərbi Məsələlər Üzrə şöbə müdirinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Mehriban xanım Əliyevaya, cənab İlham Əliyevə ərizə ilə müraciətlər edərək iddiaçının şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədərək iddiaçını hörmətdən salan fikirləri ilə dövlət orqnlarında yanlış mövqe yaratmağa çalışmışdır. Bu hərəkətləri ilə iddiaçıya təsir edib, onu hörmətdən salmaqla öz iradələrini həyata keçirmək istəmişdir. Cavabdehlər bir neçə gün öncə yazmış olduğu ərizəsində bildirirlər ki, “Qanuni əsaslarla icarəmiz altında olan torpaq sahələri Yevlax rayon İcra Hakimiyyətində işləyən vəzifəli şəxslərin, habelə Yevlax rayonu Aran Bələdiyyəsi sədrinin dəstəyi, həmin torpaq sahələri məcburən, eyni zamanda qanunsuz olaraq bizdən alınaraq Yevlax rayonu Aran qəsəbə sakini İddiaçı adlı şəxsə verilmişdir. İddiaçı Bakı şəhəri X2 yüksək vəzifədə işləyir. İddiaçı həmin torpaq sahələrinin qanunsuz olaraq bizdən alınıb ona verilməsi üçün yuxarıda qeyd edilən vəzifəli şəxslərə 60000 manat pul verdiyini bildirərək Yevlağın sahibi olduğunu bildirir. Lakin həmin torpaq sahələrinə dair İddiaçı əlində heç bir rəsmi sənəd yoxdur. Cavabdehlər yazmış olduğu ərizənin digər səhifəsində bildirirlər ki, Bizim ailəmiz çox narahatdır. Biz çox qorxuruq ki, İddiaçı Yevlax rayon İcra Hakimiyyətində xərclədiyi 60000 manatın (özünün etiraf etdiyi kimi Yevlax rayon İcra Hakimiyyətində işləyən Allahverdi müəllimə vermişdir) təsiri ilə əvvəl olduğu kimi, biz Yevlax rayon Məhkəməsində biz həqiqətə nail olmayaq. Halhazıradək torpaqlarımız İddiaçıdır. Heyvanlarımızı otarmağa yerimiz yoxdur. Torpaqlarımız bizə təhfil verilmir. İddiaçı müdafiə olunur. Hətta İddiaçı yaşadığımız evin ətrafından silahla keçərək bizi hədələyir. İddiaçı əlində silah daim evimizi nəzarətdə saxlayır. Bizim ailəmizin övladları qorxudan evdən bayıra çıxa bilmirlər. Bununla bağlı əvvəllər də Sizlərin hər birinizə müraciət etmişik. Lakin heç bir nəticə olmayıbdır.” Göründüyü kimi cavabdehlər iddiaçının Yevlax şəhər İcra Hakimiyyətinə 60000 manat pul verdiyini bildirərərk onlardan dəstək aldığını, tərəfindən bu məbləğdə rüşvət verildiyini bildirməklə bərabər, onların torpağının iddiaçıda olduğunu bildirməklə bərabər onun üzərində qanunsuz silah gəzdirdiyini, bu ailəni silahla hədələdiyini, silahla onun evini nəzarətdə saxladığını, eynilə bunları təqib və qorxu içərisində saxladığını bildirməklə, iddiaçını verdikləri məlumatlarla dolayı şəkildə cinayətkar hesab edir. Etdiyi hərəkətlərlə onlar iddiaçının bir cinayətkar olduğunu ortaya qoyur. Hətta bu barədə əvvəllər də yazmış olduqlarını rəsmi etiraf edirlər. Bu sözləri ilə yuxarıda qeyd etdiyi dövlət orqanlarına bu məlumatları yazaraq onu hörmət və nüfzudan salırlar. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, müxtəlif dövlət orqanlarında ərizələr ünvanlayaraq, İddiaçı tərəfindən onun icarəsi altında olan torpaq sahəsini zəbt etdiyini, onun torpaqlarından çıxmasını tələb edərkən onu və ailə üzvlərini silahla hədələdiyini bildirmişdir. Ərizələrində göstərdikləridə həqiqətdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı onlara məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Asif üzərində gəzdirdiyi silahı şəxsən görmüşdür və hazırda da ailəsi qorxu içində yaşayır. Dövlət orqanlarına da müraciət edərkən yalnız ailəsinin təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili X3 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, cavabdehlər ünvanladıqları məlumatlar iddiaçının şərəf və ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirmək məqsədləri olmamışdır. İddiaçının cavabdehlərin ailəsinə məxsus torpağın zəbt edilməsi məhkəmədə öz əksini tapmışdır və bu barədə qətnamə qət edilmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Respublikanın müxtəlif orqanlarında və vəzifəli şəxslərinə ərizələr ünvanlayaraq, İddiaçı onları silahlə hədələməsi və 60000 manat rüşvət verməsi barədə məlumatlar vermişlər. İş üzrə keçirilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, İddiaçı rüşvət verməsi və insanları silahla hədələməsi fikirləri böhtan olaraq söylənildiyi və həmin ərizə yayılmış hesab edildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan ifadələrdir. Cavabdehlər məhkəməyə yayılmış məlumatların həqiqət olmasına dair hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas ola bilməz. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfində tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsal, təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab olunur. Göstərilən Plenum qərarının 3-cü bəndinə əsasən məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri–müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.6-cı maddəsinə əsasən Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Heç şübhəsiz ki, şərəf və ləyaqət insanın öz daxilində və cəmiyyətdə adını, nüfuzunu, imicini müəyyən edən, ona cəmiyyətin münasibətini yaradan qiymətləndirici kateqoriyalardır. Şərəf və ləyaqət ləkələnəndə şəxsin daxilində və cəmiyyətdə ona neqativ münasibət baş qaldırır, onun ləyaqət hissi həm daxildə, həm də insanlar arasında tapdanmış olur. Göründüyü kimi Konstitusiyada və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasında əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında fərdin sosial, siyasi, iqtisadi hüquqlarının, eləcə də azadlıqlarının və təhlükəsizliyinin dövlət tərəfindən qorunması və müdafiəsi demokratik və hüquqi dövlətə xas olan təminatlar kimi öz əksini tapmaqla fərdin, cəmiyyətin, həmçinin dövlətin hərtərəfli inkişafına təkan verən amillərdən hesab olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Meliorasiya X8 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Prezidentinin X4 ilə iş və Hərbi Məsələlər Üzrə şöbə müdirinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə şikayət ərizələri ilə müraciət etməklə, İddiaçı barəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatlar yayması nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq cavabdehlərin hər birindən 200 (iki yüz) manat pul alınıb iddiaçıya verilməlidir. İddiaçının şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu cavabdehlər tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Meliorasiya X8 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Prezidentinin X4 ilə iş və Hərbi Məsələlər Üzrə şöbə müdirinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə rəsmi məlumat vermək yolu ilə müəyyən edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150 manat ekspertiza xərci tutularaq Dövlət Xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və quymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” x xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X5 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X6rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Meliorasiya X8 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Prezidentinin X4 ilə iş və Hərbi Məsələlər Üzrə şöbə müdirinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə şikayət ərizələri ilə müraciət etməklə, İddiaçı barəsində şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatlar yayması nəticəsində ona vurulmuş mənəvi zərərə görə kompensasiya olaraq cavabdehlərin hər birindən 200 (iki yüz) manat pul alınıb iddiaçıya verilsin. İddiaçı barəsində şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən şər və böhtan xarakterli məlumatların təkzib edilməsi üsulu cavabdehlər tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Meliorasiya X8 Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Prezidentinin X4 ilə iş və Hərbi Məsələlər Üzrə şöbə müdirinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə rəsmi məlumat vermək yolu ilə müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150 manat ekspertiza xərci tutularaq Dövlət Xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01ay müddətində YevlaxRayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiyaşikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-173/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-173/2020
16.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver