Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1732/2020 20.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bir uşağa münasibətdə alimentdən azad edilməsinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı bir uşağa münasibətdə alimentdən azad edilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək azyaşlı X1 2018-ci ilin yanvar ayından onun yanında qalması ilə əlaqədar, həmin tarixdən uşağı anasına verilənədək aliment öhdəliyindən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı bir uşağa münasibətdə alimentdən azad edilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1732/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1732/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver