Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1775/2024 21.08.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment və əsassız olaraq tutulmuş alimentin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment və əsassız olaraq tutulmuş alimentin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 12 aprel 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarındın 07 may 2008-ci ildə Rəvan və 24 dekabr 2010-cu ildə Baba adlı uşaqları doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, uşaqları cavabdehin himayəsində saxlanılmış və iki uşaq üçün 260 (iki yüz altmış) manat alimentin ondan alınıb Cavabdeh verilməsi qət edilmişdir. Uşaqlar yad kişinin anası ilə münasibətdə olmasına razı olmadıqlarına görə onunla (iddiaçı ilə) yaşamağa üstünlük vermişlər və uşaqlar 04 oktyabr 2022-ci il tarixdən gələrək onunla (iddiaçı ilə) yaşayırlar. Cavabdehə uşaqları rəsmi qaydada onun (iddiaçının) himayəsinə verməsini təklif etmiş, lakin cavabdeh bundan imtina etmişdir. O, 2022-ci ilin noyabr ayında uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə uşaqlar onun (iddiaçının) himayəsində saxlanılmışdır. Lakin cavabdeh yuxarı instantsiya məhkəməsinə şikayət verdiyi üçün yekun qərar gec çıxarılmışdır. Qərar çıxanda o cavabdehdən aliment tələb etmiş, lakin cavabdeh aliment verməkdən imtina etmişdir. Bununla əlayədar mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya sessiyasına gəlməmiş və o (iddiaçı) da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qazancı yaxşıdır, uşaqlarına yüksək məbləğdə aliment verə bilər. Uşaqlar böyümüş və xərcləri də artmışdır. Bundan başqa, cavabdeh 2022-ci ilin noyabr ayından bu günə qədər olan müddət üçün də uşaqların saxlanmasına görə onun (iddiaçının) xeyrinə aliment ödəməlidir. Belə ki, cavabdeh əsassız olaraq məhkəmələri uzatdığı üçün o (iddiaçı) həmin vaxt aliment tələb edə bilməmişdir.Uşaqlar 04 oktyabr 2022-ci ildən onun (iddiaçının) yanında olsalar da hər ay əmək haqqından 260 (iki yüz altmış) manat aliment tutulmuşdur. 2024-cü ilin yanvar ayınadək onun (iddiaçının) əmək haqqından 3900 (üç min doqquz yüz) manat aliment tutulmuşdur. O cavabdehdən həmin pulun da geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh qaytarmaqdan imtina etmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin, ondan (iddiaçıdan) əsassız olaraq tutulmuş 3900 (üç min doqquz yüz) manat alimentin cavabdehdən alınıb ona qaytarılmasına, cavabdehdən 2022-ci ilin noyabr ayından bu günə qədər olan müdət üçün uşaqların saxlanmasına görə hər ay iki uşaq üçün 400 (dörd yüz) manat hesablanmaqla onun (iddiaçının) xeyrinə alimentin ödənilməsinə və 55 (əlli beş) manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə 2006-cı ildə evlənmişlər, 2007-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından Birgə nikahlarındın 07 may 2008-ci ildə Rəvan və 24 dekabr 2010-cu ildə Baba adlı uşaqları doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və birgə nikahlarından doğulmuş uşaqlaranın onun (cavabdehin) yanında qalması müəyyən edilmişdir. Birgə nikahlarından doğulmuş uşaqları 2023-cü ilin avqust ayından etibarən birgə nikakahlarından doğulmuş uşaqları iddiaçının yanında yaşamağa başlamışlar, lakin şənbə və bazar günlərində onun (cavabdehin) da yanına gəlib-getmişlər. Özü müəllim işləyir və ***-**** manat əmək haqqı alır. Birgə nikahlarından doğulmuş uşaqlarına görə aliment ödəməyə razı deyildir. Çünki, hazırda maddi cəhətdən çətinlik çəkir və borcları vardır. Aliment olaraq ona (cavabdehə) ödənilmiş 3900 (üç min doquz yüz) manat vəsaitin qaytarılmasına da razı deyildir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 may 2008-ci ildə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 dekabr 2010-cu ildə doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2481/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2007-ci il tarixli, 325 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 07 may 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2010-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalmaları və həmin uşaqların yetkinlk yaşına çatanadək 18 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh Məhəməd qızına verilməsi qət edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-144/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, 07 may 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2010-cu il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması qət etmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(039)-9/2024 saylı qərardadından görünür ki, həmin qərardadla ərizə təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-144/2023 saylı mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilənədək, 07 may 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay İddiaçı əmək haqqından Cavabdeh xeyrinə tutulan alimentin dayandırılması qərara alınmışdır. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı müəllim işləyir və 1294.24 manat əmək haqqı alır. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh müəllim işləyir və 1383.83 manat əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 12 aprel 2007-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarındın 07 may 2008-ci ildə Rəvan və 24 dekabr 2010-cu ildə Baba adlı uşaqları doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-2481/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2007-ci il tarixli, 325 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 07 may 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2010-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalmaları və həmin uşaqların yetkinlk yaşına çatanadək 18 noyabr 2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh Məhəməd qızına verilməsi qət edilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(039)-144/2023 saylı qətnaməsi ilə 07 may 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2010-cu il təvəllüdlü X4 İddiaçı himayəsində saxlanılması qət edilmiş və xx.xx.2024-cü il tarixli, 16(039)-9/2024 saylı qərardad ilə ərizə təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 2(039)-144/2023 saylı mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı qəbul edilənədək, 07 may 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2010-cu il təvəllüdlü X1 üçün hər ay İddiaçı əmək haqqından Cavabdeh xeyrinə tutulan alimentin dayandırılması qərara alınmışdır. İddiaçı və cavabdeh müəllim işləyir. İddiaçı 1294.24 manat, Cavabdeh isə 1383.83 manat əmək haqqı alır. İddiaçı uşaqların maddi cəhətdən saxlanmasında çətinlik çəkdiyini, cavabdehin uşaqların maddi cəhətdən saxlanmasında könüllü olaraq ona kömək etmədiyini, uşaqların onun (iddiçının) yanında qaldıqları müddətdə əsassız olaraq ondan aliment tutulduğunu göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay hər uşağa görə 200 manat məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, tərəflərin izahatlarından və iş materiallarından müəyyən edildiyi kimi iddiaçı və cavabdeh müəllim işləyir. İddiaçı 1294.24 manat, Cavabdeh isə 1383.83 manat əmək haqqı alır və birgə nikahlarından doğulmuş uşaqları saxlamaq hər iki valdeynin borcudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, uşaqların saxlanması üçün hər iki valideynin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək hər iki valideynin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərin nəzərə alaraq hesab edir ki, hazırda cavabdehdən hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə iddianın alimentin 2022-ci ilin noyabr ayından heablanması hissəsinə qiymət verərək hesab edir ki, alimment iddiaçının tələb etdiyi vaxtdan deyil, məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 21 iyun 2024-cü ildən tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın ödənilmiş 3900 (üç min doqquz yüz) manat alimentin geri qaytarılması tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 109-cu maddəsi ilə alimentin geri qaytarılmasının yolverilməzliyi müəyyən edilmişdir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1-109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Məhkəmə iclasında ödənilmiş alimentin geri qaytarlamsı üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 109.2-ci maddəsi ilə müəyyən edilmiş halların olduğu müəyyən edilməmişdir. Buna görə də, iddia həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 21 iyun 2024-cü il tarixdən başlayaraq 07 may 2008-ci il təvəllüdlü X3 və 24 dekabr 2010-cu il təvəllüdlü X4 yetkinlk yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 55 (əlli beş) mediasiya xərci alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 51.2 (əlli bir manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1775/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1775/2024
21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver