Məhkəmə qərarları › İş №2(039)-1778/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1778/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1778/2021 07.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Sığorta Şirkəti (SŞ) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı 750 manat sığorta ödənişi məbləğinin və 30.40 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı SŞ ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 27.06.2014-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tərəflərindən mülki məsuliyyətin icbari sığortası üzrə “Mercedes Benz” markalı, 20 DA 87 dövlət qeydiyyat nişanlı avtomobilə 750 AZN sığorta ödənişini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN məbləğin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, 27.06.2014-cü il tarixində Cavabdeh tərəfindən idarə edilən “VAZ-21120” markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yevlax şəhəri, Nizami prospektində “Mercedes Benz” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və nəticədə sonuncuya maddi ziyan dəymişdir. 11.07.2014-cü il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı hesabata uyğun olaraq 750 AZN zərər dəymişdir. İddiaçı SŞ ASC tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə “Mercedes Benz” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə 750 AZN sığorta ödənişi həyat keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Yevlax Rayon Məhkəməsinin 01 iyun 2014-cü il tarixli, 3(039)-521/2014 saylı qərarında öz əksini tapmışdır. İcbari Sığorta Haqqında Qanunun 25-ci maddəsinə əsasən, hadisə zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyiniz üçün Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçı SŞ ASC-nin nümayəndəsi Nərgiz Səmədova ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmişdir. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sığorta aktından müəyyən olunur ki, sığorta predmeti olan, Natiq Əliyevə məxsus VAZ-21120 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil Rəşad İsgəndərova məxsus Daimler Chrayster C200 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Vurulmuş ziyanın məbləği 750 manat müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında 01 iyul 2014-cü il tarixli Qərarın surətindən görünür ki, Cavabdeh 27 iyun 2014-cü il tarixdə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21120 markalı 453 dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri, Nizami prospektində idarə edərkən qoşa xəttin tələbini pozmaqla qarşıdan gələn Daimler Chrayster C200 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq əzmişdir. Qurbanov X1 Xətalar Məcəlləsinin 152-2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilmişdir. Ödəniş tapşırığından müəyyən olunur ki, 750 manat Daimler Chrayster C200 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Rəşad İsgəndərova ödənilmişdir. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Daimler Chrayster C200 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat zərər dəymişdir. Mülki Məcəllə: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 27 iyun 2014-cü il tarixdə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə sığortalı Natiq Əliyevə məxsus, İddiaçı SŞ ASC tərəfindən sığortalanmış, VAZ-21120 markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili Yevlax şəhəri, Nizami prospektində idarə edərkən qarşıdan gələn Daimler Chrayster C200 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq sonuncunun sahibi Rəşad İsgəndərova maddi zərər vurmuşdur. Vurulmuş zərər 750 manat məbləğində qiymətləndirilmişdir. Bu hadisəyə görə Cavabdeh təqsirli bilinərək Yevlax Rayon Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Rəşad İsgəndərova vurulmuş maddi zərərin əvəzi İddiaçı SŞ ASC tərəfindən ödənilmiş, bununla da zərəri tələb etmək hüququ subroqasiya qaydasında İddiaçı SŞ ASC-yə keçmişdir. Vurulmuş zərərin məbləğinin düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 750 manat vurulmuş zərərin əvəzi və 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 780 (yeddi yüz səksən) manat 40 (qırx) qəpik İddiaçı SŞ ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar