Məhkəmə qərarları › İş №2(039)-1841/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1841/2020

06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1841/2020 06.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, o, 2019-cu il tarixdə Cavabdeh ilə rəsmi nikah qeyd etdirmədən, faktiki münasibətə daxil olaraq onunla ailə qurmuşdur. Birgə ər-arvad yaşadıqları müddətdə xx xxxx 2020-ci il tarixdə Sübhan adlı bir oğlan uşaqları anadan olmuşdur. Nikahları olmadığı üçün cavabdeh müvafiq icra hakimiyyəti orqanına müraciət edərək oğlu Sübhanın atası olduğunu etiraf etmiş, xx xxxxxx 2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və həmin tarixli doğum haqqında şəhadətnaməyə əsasən cavabdeh onun xx xxxx 2020-ci il tarixdə anadan olmuş oğlu Sübhanın atası hesab edilmişdir. Cavabdehlə xx xxxxxx 2020-ci il tarixədək birgə yaşadıqdan sonra ayrılmışlar. O, həmin tarixdən valideynlərinin himayəsində yaşayır. O, heç bir yerdə işləmir, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh maddi vəziyyəti yaxşıdır. Ona görə də, məcburiyyət qarşısında qalaraq Cavabdeh aliment tutulması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək, hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin xx xxxx 2020-ci il təvəllüdlü X2 adlı bir övladları vardır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən təsdiq olunur ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə İddiaçı tərəfindən doğulmuş X1 atası hesab edilmişdir. Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. İddiaçı cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması barədə ərizə təqdim etmiş və məhkəmə, cavabdehin də buna etiraz etmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin məbləğdə sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar