Məhkəmə qərarları › İş №2(039)-185/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-185/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-185/2021 18.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh X11, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X15 qarşı nəvələrinin himayəsinə verilməsi tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X15 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, nəvələri xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının qızı Məmmədova Samirə Fazil qızı 2005-ci ildə Əli Məmmədov ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X17 və xx.xx.2007-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pozulduğu üçün Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması və uşaqların analarının himayəsində qalması qət edilmişdir. Qızı Samirə Talıbova xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan etibarən uşaqlar Əli və Leyla onun himayəsindədir. O, nəvələrinin onun himayəsinə və qəyyumluğuna verilməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, komissiya bundan imtina etmişdir. Qızının vəfatından 10 aya yaxın müddət keçməsinə baxmayaraq ataları uşaqların alınması üçün heç bir real hərəkət etməmişdir. Əslində etsə də, uşaqlar atalarını istəmirlər. Buna səbəb də qızının sağlığı vaxtında İlham Məmmədovun onu mütəmadi döyməsi, qızını və uşaqlarını evdən qovması, hətta nəvəsi Leylanın musiqi məktəbinə getməsinə baxmayaraq atasının ona məxsus olan pianinonu başqa şəxsə satması olmuşdur. Son 10 ayda ataları uşaqlara 1 manat da olsun aliment ödəməmiş və nəticədə onun 3080 manat aliment borcu yaranmışdır. Cavabdeh uşaqlara baxmır, onlarla maraqlanmır. Hətta uşaqlar ondan aliment tələb edən zaman o, nalayiq ifadələr ilə uşaqları təhqir edərək alimenti verməkdən imtina edir. İlham Məmmədov hazırda işlədiyi mağazada qalır. Çünki onun yaşamaq üçün evi yoxdur. Bu halda onun uşaqları saxlaması da mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mərhum qızı Samirə 2018-ci ildə cavabdehlə rəsmi qaydada boşandıqdan sonra nəvələri və qızı onunla birgə yaşamışlar. Qızı Samirə xx.xx.2020-ci ildə vəfat etdikdən sonra da nəvələri onunla birlikdə yaşayır. Cavabdeh əvvəllər uşaqları üçün aliment ödəsə də, qızı öldükdən sonra uşaqlarına aliment ödəməmiş, onlarla maraqlanmamış, onların necə yaşadıqlarından xəbərsiz olmuşdur. O, dəfələrlə nəvələri ilə atalarının münasibətlərini düzəltmək istəsə də, buna nail ola bilməmişdir. Uşaqlar dəfələrlə atalarına aliment ödəməli olduğunu bildirsə də, cavabdeh onlara kobud cavab vermiş və onlara aliment ödəməyəcəyini bildirmişdir. Hazırda qızı sağ olmadığı üçün o, nəvələri üçün tutulan alimenti cavabdehdən tələb edə bilmir. Nəvələri isə ataları ilə birlikdə yaşamaq istəmirlər. Nəvələrinin nə atalarının, nə də onun himayəsində ola bilməməsi, nəvələrinə aid bir sıra hüquqların həyata keçirilməsinə maneçilik törədir. Nəvələrinin ataları ilə birlikdə yaşamaq istəməmələrini nəzərə alaraq, onların onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X18 iddia tələbini qəbul etmədiyini bildirmişdir. O, qeyd etmişdir ki, uşaqlarına baxmaqdan imtina etmir, lakin istəyir ki, uşaqları onunla birlikdə yaşasınlar. Uşaqlar isə onunla birlikdə yaşamaq istəmirlər. Son bir il ərzində uşaqlarının anası Samirə öldüyü üçün o, aliment ödəməkdən imtina etmişdir. Çünki o, iddiaçıya və iddiaçının alimenti uşaqlarına xərcləyəcəyinə inanmır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X1 verdiyi rəyi müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, Məmmədov İlham Əli oğlu ilə X9 arasında qeydə alınmış nikah qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X5 anaları X3 himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Məmmədov İlham Əli oğlundan xx xxxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin cavabdeh X21 qızının xeyrinə tutulması qət edilmişdir. AZ-İ seriyalı 689160 №li və AZ-İV seriyalı 951003 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Əlinin və xx.xx.2007-ci il təvəllüdlü Leylanın atası X18, anası X7r. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 065818 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2020-ci ildə vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş rəydən görünür ki, Komissiya xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X5 hal-hazırda ana babaları İddiaçı ilə birgə yaşadıqlarını və onun yanında qalmaq istəmələri ilə bağlı Qəyyumluq və Himayəçilik komissiyasına verdikləri ərizələrini əsas götürərək onların ana babasının yanında qalmasını məqsədəuyğun hesab edir. Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 35480/4 №-li, xx xxxx 2021ci il tarixli məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsi Yevlax rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixdə daxil olmuşdur. X4 tərəfindən icra sənədinə əsasən alimentin tutulmasına başlınıldığı xx.xx.2017-ci il tarixdən başlayaraq tələbkar X3 öldüyü xx.xx.2020-ci il tarixə kimi aliment tam şəkildə tələbkarın xeyrinə ödənilmişdir. Tələbkar xx.xx.2020-ci il tarixdə öldüyü üçün X4 tərəfindən həmin müddətdən aliment ödənişi aparılmamışdır. Məhkəmə iclasında fikri öyrənilmiş xx.xx.2005-ci il təvəllüdlü X17 bildirmişdir ki, valideynlərinin nikahı pozulduqdan sonra o, bacısı Leyla və anası Samirə, babası Fazil ilə birlikdə yaşamağa başlamışdır. Bu müddət ərzində babaları onların qayğısına qalmış və maddi-mənəvi hər ehtiyaclarını ödəmişdir. Atası İlham hələ anası ilə nikahda olan vaxtda da özünü bir ata və ər kimi düzgün aparmamış, onların gözünün qarşısında anasını döymüş və dəfələrlə onları evdən qovmuşdur. Onlar gecələmək üçün qonşunun evində qalmağa məcbur olmuşlar və sonradan babaları Fazil onları öz evinə aparmışdır. Atası onları və analarını sevməmiş, bir ata kimi onun və bacısının sevgisini qazana bilməmişdir. Qeyd etdiyi səbəblərdən atası ilə birlikdə yaşamaq istəmir və babası Fazilin himayəsində qalmasını istəyir. Məhkəmə iclasında fikri öyrənilmiş xx.xx.2007-ci il təvəllüdlü X13 bildirmişdir ki, hazırda babası Fazil ilə birlikdə yaşayır. Anası öldükdən sonra bir il müddətində atası onlara aliment verməkdən imtina etmiş və onların necə yaşadıqları, nə yeyib-içdikləri ilə maraqlanmamışdır. Atası onlara nə maddi, nə mənəvi dəstək olmuşdur. Atası ona məxsus pianinonu onun icazəsi olmadan satmışdır və bu səbəbdən o, musiqi təhsilini yarımçıq saxlamışdır. Atası yenidən evlənib və ailə həyatı qurub, o, atasının yeni arvadı ilə yaşamaq istəmir. Babası, nənəsi, xalası ona və qardaşına lazımı diqqət və qayğını göstərir. Qeyd etdiyi səbəblərdən atası ilə birlikdə yaşamaq istəmir və babası Fazilin himayəsində qalmasını istəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Beləliklə, məhkəmə X12 və X5 mənafeyini, həmçinin onların fikrini, Yevlax şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X5 iddiaçıın himayəsində saxlanılması uşaqların mənafeyinə uyğundur və bu səbəbdən iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X17 və xx.xx.2007-ci il təvəllüdlü X13 İddiaçı himayəsinə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar