Məhkəmə qərarları › İş №2(039)-1919/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1919/2023

01.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1919/2023 01.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları Tamerlan Həsənlinin və Duyğu Həsənlinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin bütün qazancından və gəlirlərindən hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 03 noyabr 2013-cü il tarixdə faktiki ailə qurmuş, 15 yanvar 2014-cü il tarixdə Yevlax rayon qeydiyyat şöbəsində nikah bağlamışlar. Birgə nikahdan 2 uşağı anadan olmuşdur: X1 25 oktyabr 2014-cü il və X3 14 fevral 2018-ci il. Cavabdehlə kirayədə yaşadığı vaxt onu və uşaqları atıb getdiyinə görə 12 fevral 2023-cü il tarixdən uşaqları ilə birlikdə anasının himayəsində yaşamağa məcbur olmuşdur. İşləmir, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi işlə məşğul olur, qazanc əldə edir, lakin heç bir maddi yardım etmir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı zamanı iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, sabit gəliri yoxdur, birinci nikahdan olan iki övladı da onun himayəsindədir, bu səbəbdən uşaqların saxlanması üçün hər ay hər uşağa 220 manat aliment ödəyə bilməyəcəkdir. İddianın qismən təmin edilərək hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğindən alimentin tutulması xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin birgə nikahından 25 oktyabr 2014-cü il təvəllüdlü X1 və 14 fevral 2018-ci il təvəllüdlü X3 övladları vardır. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən sabit məbləğində aliment tutulmalıdır. İddiaçı, 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehin buna maddi imkanının olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment məhkəməyə müraciət olunduğu vaxtdan, hazırkı halda 22 iyun 2023-cü il tarixdən tutulmalıdır. Mediasiya üçün ödənilmiş 50 manatdan 25 manat cavabdehdən iddiaçının xeyrinə, ödənilməli olan dövlət rüsumu 50 manat cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 25 oktyabr 2014-cü il təvəllüdlü X1 və 14 fevral 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 22 iyun 2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Mediasiya üçün ödənilmiş məbləğin 25 (iyirmi beş) manat əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan 50 (əlli) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar