Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1934/2021 02.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu Kreditor MMC-nin Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş əmri olduğu halda məhkəməyə müraciət etmişdir. Belə ki, Kreditor MMC Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditor MMC-nin ərizəsi təmin olunaraq Yevlax Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli e-2(039)-1890/2021 saylı məhkəmə əmri çıxarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbində göstərilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 152.3.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı «məhkəmə əmrinin çıxarılması» haqqında ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1934/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1934/2021
02.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver