Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1940/2021 29.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X3 Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin faizlər şəklində tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin faizlər şəklində tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları Nuray Əhmədzadənin, Nurlan Əhmədzadənin və Namiq Əhmədzadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə Cavabdeh bütün qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək izah etdi ki, qızı cavabdehlə 12 oktyabr 2009-cu il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Hazırda ayrılıb ayrı yaşayırlar. Uşaqlar anasının yanındadır. Cavabdeh işləyir və yüksək əmək haqqı alır. Cavabdeh uşaqlarına könüllü olaraq baxmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X8 məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X4 çıxış edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və cavabdehin vəkilinin çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 oktyabr 2009-cu il tarixli AZ-l 472960 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə Rüstəmova Hicran Zahid qızı 12 oktyabr 2009-cu il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 fevral 2011-ci il tarixli AZ-ll 577480 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 29 yanvar 2011-ci il tarixdə andan olmuş, atası Cavabdeh, anası Rüstəmova Hicran Zahid qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 fevral 2013-cü il tarixli AZ-lll 045730 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 30 yanvar 2013-cü il tarixdə andan olmuş, atası Cavabdeh, anası Rüstəmova Hicran Zahid qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 yanvar 2019-cu il tarixli AZ-lV 215089 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 09 yanvar 2019-cu il tarixdə andan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 26 avqust 2021-ci il tarixli 000773 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və X16 Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin 28 sentyabr 2021-ci il tarixli 5 saylı arayışdan məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və X16 Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsində işləyir. Aylıq əmək haqqı 1054.48 manat təşkil edir. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi ailə quraraq evlənmişlər. Birgə nikahlarından üç uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayri yaşayırlar, uşaqlar hazırda anasının himayəsindədir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər ay cavabdehin əmək haqqısının yarısı hissəsində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir. Cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və X16 Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsində işləyir. Aylıq əmək haqqı 1054.48 manat təşkil edir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşaqların layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 30 avqust 2021-ci il tarixdən başlayaraq 29 yanvar 2011-ci il təvəllüdlü X5, 30 yanvar 2013-cü il təvəllüdlü X2 və 09 yanvar 2019-cu il təvəllüdlü X6 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin yarısı hissəsində aliment İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 30 avqust 2021-ci il tarixdən başlayaraq 29 yanvar 2011-ci il təvəllüdlü X5, 30 yanvar 2013-cü il təvəllüdlü X2 və 09 yanvar 2019-cu il təvəllüdlü X6 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin yarısı hissəsində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1940/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1940/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver