Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1966/2023 04.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi haqqına iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahdan olan uşağı xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ildə el adəti ilə toy edərək ailə qurmuş və həmin vaxtdan da ailə kimi birlikdə yaşamışlar. xx.xx.2015-ci ildə Yevlax rayon qeydiyyat şöbəsində cavabdehlə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı üç uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqları Məzahim və Məryəm onun himayəsində saxlanılması və onların saxlanılması üçün aliment təyin edilmişdir. Aralarında olan nikah rəsmi qaydada pozulduqdan sonra qızı Mədinə Bəşirova anadan olmuşdur. Həmin uşağa dair aliment təyin edilməmişdir. O, hazırda həmin uşağa da aliment tələb edir. Cavabdeh hazırda həmin uşağın saxlanılmasında iştirak etmədiyində, onun maddi tələbatlarını təmin etmədiyinə, uşağın qayğısına qalmamaqla öz valideynlik borcunu yerinə yetirməkdən yayındığına görə uşağın saxlanılmasında iştirak etməsini tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Yevlax Rayon Məhkəməsinə ərizə göndərərək, İddiaçı alimentə dair iddiasını qəbul etdiyini və müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZE seriyalı 12118582 №li, AZE seriyalı 12118566 №li və AA seriyalı ******* №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2015-ci il tarixdə Məzahir, xx.xx.2016-cı il təvəllüdlü Məryəm və xx.xx.2020-ci il təvəllüdlü Mədinə adlı uşaqları var. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 330755 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 arasında bağlanmış nikah qeydi xx.xx.2019-cu il tarixdə pozulmuşdur. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00075 saylı arayışdan məlum olur ki, İddiaçı aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-20662019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında olan Yevlax Rayon Qeydiyyat Şöbəsinin 2015-ci ilin fevral ayının 11-ci günündə akt qeydləri kitabında 46 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra 16 yanvar 2015-ci il təvəllüdlü X6 və 03 yanvar 2016-ci il təvəllüdlü X7 anaları X2 yanında qalmış, 16 yanvar 2015-ci il təvəllüdlü X3 və 03 yanvar 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 avqust 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq X5 verilməsi qət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırkı halda xx.xx.2020-ci il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 05 iyul 2023-cü il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 iyul 2023-cü il tarixindən başlayaraq Cavabdeh hər ay uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi-30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1966/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1966/2023
04.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver