Məhkəmə qərarları › İş №2(039)-1974/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1974/2025

13.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1974/2025 13.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X13 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh qarşı “uşağın ananın yanında qalmasının müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddiasına, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı qarşı “nikahın pozulması, nikahın pozulmasından sonra uşaqların yanında qalması və uşaq” tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı məhkməyə müraciət edərək, Cavabdeh ilə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 onun yanında qalmasına və Cavabdeh yetkinlik yaşına çatmayan övladı xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 245 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli rəsmi nikahın pozulmasını, cavabdeh İddiaçı ilə onun birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8, nikahın pozulmasından sonra onun yanında qalmasının müəyyən edilməsi və həmin uşaqların cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izah etdi ki, o, cavabdehlə 06 sentyabr 2017-ci il tarixində rəsmi nikaha daxil olmuşdur Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il tarixində X9 anadan olmuşdur. Hazırda uşaqlar onun himayəsindədir. Cavabdehin iddia ərizəsini qismən qəbul edir. Belə ki, nikahın pozulmasına razı olsa da uşaqlar onu istədiyi üçün həmin hissədə təmin edilməməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, barışıq üçün vaxt verilməsinə lüzum yoxdur. hər ay hər uşağa görə 120 manat istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izah etdi ki, ilkin iddianı qəbul edir. Aliment hər uşağa 120 manat olmaqla ödəməyə razıdır. Eyni zamanda nikahın pozulmasını istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili izah etdi ki, qarşılıqlı iddia tələbi cavabdeh İddiaçı ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli rəsmi nikahın pozulması ilə bağlıdır. Hər ay hər uşağa görə 120 manat aliment ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia üzrə tələb qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinə 50.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon Mirzəcəfərli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 299 nömrəli arayışda qeyd olunmuşdur ki, Ş. Quliyeva həqiqətən Mirzəcəfərli kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 iyul 2025-ci il tarixli, 1447 saylı arayışdan məlum olur ki, X9 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 iyul 2025-ci il tarixli, 1448 saylı arayışdan məlum olur ki, X7 xx.xx.2018-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ş. Quliyeva Yevlax 1 X6 50.00 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax 1 X5 04 iyul 2025-ci il tarixli MŞY/MT034/2024-00278 nömrəli arayışından məlum olur ki, İddiaçı uşaqların atadan alınaraq ananın himayəsinə verilməsi və hər uşağa 245 manat aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il tarixli, AZ-İİ 208982 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, xx.xx.2017ci il tarixdə Bərdə regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsində Cavabdeh ilə İddiaçı arasında nikah bağlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyətinin 17 sentyabr 2025-ci il tarixli, 5-9/2-864/2025 nömrəli məktub və ona əlavə edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın rəyindən görünür ki, azyaşlıların hüquq və mənafelərini nəzərə alaraq, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 anaları ilə birgə yaşadıqlarını əsas götürərək, anaları İddiaçı yanında qalmalarını məqəsədəuyğun hesab edir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 05 sentyabr 2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı ev atası X4 məxsus fərdi yaşayış evidir. Kürsülü bir mərtəbəlidir, kubik daşla hörülüb tikilmişdir, dam örtüyü dəmirdəndir, dörd otaqlıdır, orta təmirlidir, normal kommunal şəraiti vardır. Həmin evdə Ş. Quliyeva, övladları Məryəm Quliyeva, Adil Quliyev, atası M.Cəfərov və anası G. Fərzəliyeva yaşayırlar. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cavabdeh özünəməxsus Yevlax rayonunun Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Ev bir mərtəbəli olmaqla 4 otaq, 1 zal, 1 mətbəx və həyətdə yerləşən sanitar qovşaqdan ibarətdir. Evin yaşayış sahəsi 116.8 m2-dir. Evdə bir nəfər Cavabdeh tək özü yaşayır. Müayinə olunan ev tam təmirlidir. Su, qaz, elektrik enerjisi daimidir. Evdə uşaqların yaşayıb tərbiyə olunmaları üçün şərait vardır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqları var. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaqlar anasının himayəsində qalmışlar. İlkin iddia üzrə iddiaçı uşağın ananın yanında qalmasının müəyyən edilməsi və aliment tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması, uşaqların onun yanında saxlanılması üçün cavabdehdən hər ay 120 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh hər ay hər uşağa görə 120 manat ödəməyə razıdır və nikahın pozulmasını istəyir. Ona görə də, ilkin iddia üzrə məhkəmə hesab edir ki, uşaqarın layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyyəsini, təhsilini nəzərə alaraq xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqları İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 18 yaşlarına çatana qədər saxlanması üçün hər ay üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, qarşılıqlı iddiaya münasibətdə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin arasında bağlanmış nikah pozulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 saylı qərarının “8.4-1 bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.1-ci maddəsində göstərilir ki,nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığı müəyyən edilməlidir. 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı və cavabdehin birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşaqlar İddiaçı himayəsində saxlanılsın. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 18 yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2017-ci il tarixli nikah qeydi pozulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar