Məhkəmə qərarları › İş №2(039)-1980/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1980/2020

22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1980/2020 22.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 200 manat, ümumilikdə cəmi 400 manat alimentin Cavabdeh alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Belə ki, cavabdeh Yevlax Rayon Məhkəməsinə müraciət edərək aralarında nikahın pozulmasını və birgə nikahlarından dünyaya gələn övladlarının onun yanında qalmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X4 onun himayəsində saxlanılmışdır. Uşaqlarının təlabatlarını ödəməyə artıq gücü çatmır. Ailəni dolandırmaqda çətinlik çəkir. Onun da uşaqlarının başqa uşaqlar kimi normal yaşamağa haqqı var. Bir ana kimi öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirsə də, cavabdehin maddi imkanının yetərincə yaxşı olmasına baxmayaraq o, könüllü olaraq uşaqlarına yardım göstərməyə cəhd etmir. Həmçinin qızı Gülayın sağ qounun altı və kürək nahiyyəsi bədbəxt hadisə nəticəsində yanmışdır və mütamadi olaraq həkim müalicəsinə ehtiyacı vardır. Qeyd etdiyi kimi cavabdeh bir ata kimi üzərinə düşən maddi və mənəvi dəstəyini uşaqlarına göstərmir, ona görə də məcbur olub hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı vəkili və nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izah etdi ki, iddiaçıilə ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Birgə yaşayışlarından xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. Hər ay hər uşağa görə 120 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı 11736592 saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X5 xx xxxxxx 2015-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı 11285209 saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx xxxx 2016-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2014-cü il tarixli, AZ-İ 920167 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə X6 xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli, AZ İ 346365 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında olan rəsmi nikah ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1849/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Yevlax rayon Qoyunbinəsi kənd icra nümayəndəliyi tərəfindən 2014-ci ilin yanvar ayının 13-cü günündə akt qeydləri kitabında 01 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1849/2019 saylı qərardadının surətindən məlum olur ki, İddiaçı “icra sənədinin yenidən məcburi icra olunması barədə ərizəsi təmin edilməmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinəəsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinəəsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinəəsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağıöz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinəəsasən uşaqlar barəsində bütün tədbirlərdəəsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinəəsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinəəsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinəəsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinəəsasən, bu köməyin göstərilməsindən imtina edildikdə vəər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə vəümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isəAzərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinəəsasən işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinəəsasən şəxsin saxlanılmasıüçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü X5 və xx xxxx 2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar və uşaqlar analarının himayəsində saxlanılmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq aliment tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, uşaqların layiqli, firəvan yaşayışşəviyyələrinii, təlimtərbiyələrini, təhsillərini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanmasıüçün hər ay hər uşaq üçün 120 manat məbləğində aliment tutulmalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxx 2016-cı il təvəllüdlü X2 18 yaşınaçatanadək saxlanılmalarıüçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Azərbaycan RespublikasıŞəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar