Məhkəmə qərarları › İş №2(039)-2001/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2001/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2001/2023 21.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Yevlax şəhər İcra Hakimiyyəti Başçının aparatının yetkinlik yaşına çatmayanları işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağın onun yanında qalmasının müəyyən edilməsinə” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 onun yanında qalmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il X8 adlı iki uşaqları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 və oğlunun boşanmadan sonra anasının yanında qalması, ondan xx.xx.2011-ci il X4 və qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi müəyyən edilmişdir. Hazırda qızı X5 da onunla yaşamaq istəyir. Hər gün ona zəng vuraraq və xəbər göndərərək anası ilə yaşamaq istəmədiyini bildirir və əgər onu anasından almasa özünə qəsdə edəcəyini deyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, hazırda Vüsalənin onun yanında yaşadığını, uşağında bu barədə fikrinin qəti olduğunu bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyəti Başçının aparatının yetkinlik yaşına çatmayanları işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Asəf Almədətovun iştirakı ilə fikri öyrənilmiş X7 atasının yanında yaşadığını və atası ilə qalmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi Komissiyanın verdiyi rəyi müdafiə etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, tərəflərin birgə nikahdan müvafiq olaraq xx.xx.2011-ci il təvəllüdlü Vüsalə adlı uşaqları var. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 390662 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi xx.xx.2020-ci il tarixdə pozulmuşdur. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00089 saylı arayışdan məlum olur ki, İddiaçı qızı uşaq tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1521/2023 saylı qətnaməsindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında 27 dekabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş, tərəflər arasında bu müqavilənin bağlanmasına qədər X1 Səba Şirzad qızının yanında, X5 isə İddiaçı ilə qalması razılaşdırılmış və hazırda hər iki uşağın Cavabdeh yanında qalması müəyyən edişi və tərəflər İddiaçı uşaqla görüşünə Cavabdeh istirahət günlərində, 1 gün əvvəldən məlumat verməklə, uşaqların razılığını nəzərə alaraq, Cavabdeh özünün iştirakı olmaqla müəyyən edilsin. Uşaqların saxlanılması üçün aliment tələbi hər uşağa görə 100 manat, cəmi 200 manat vəsaiti İddiaçı hər ay uşaqların 18 yaşı olana qədər alınaraq Cavabdeh ödənilsi qət edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, komissiya azyaşlıların hüquq və mənəfelərini, xx.xx.2011-ci il təvəllüdlü X3 atası ilə birgə yaşadığını, atasının yanında qalmaq istəməsi ilə bağlı komissiyaya verdiyi ərizəsini əsas götürərək atası İddiaçı, xx.xx.2011-ci il X4 isə anası ilə birgə yaşadığını və anasının yanında qalmaq istəməsi ilə bağlı verdiyi ərizəsini əsas götürərək anası Cavabdeh yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 60.4-cü maddəsində qeyd olunmuşdur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, uşağın atası ilə birgə yaşamasını istisna edən hallar mövcud deyildir. Atası uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq və bunlara görə məsuliyyət daşımaq iqtidarındadır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 21 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən xx.xx.2011-ci il təvəllüdlü X5 atası ilə birlikdə yaşamaq istədiyini bildirmişdir. Qeyd olunan hallarını nəzərə alıb məhkəmə hesab edir ki, idda tələbi qanuni və əsaslı olduğundan təmin olunmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа təmin еdilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 atası İddiaçı yanında qalması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar