Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2029/2021 11.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə evliliklərindən dünyaya gəlmiş 13 mart 2010-cu il təvəllüdlü X2 və 21 sentyabr 2011-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 200 manat, ümumilikdə 400 manat alimentin Cavabdeh alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə qeyri rəsmi ailə qurmuşlar. Birgə nikahlarından 13 mart 2010-cu il təvəllüdlü X4 və 21 sentyabr 2011-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri cavabdehin təqsiri üzündən pozulmuşdur. Dəfələrlə ailənin dağımaması üçün təşəbbüslər göstərsə də, lakin heç bir nəticəsi olmamışdır. Hazırda ayrılıb ayrı yaşayırlar və uşaqlar onun yanındadır. Bu müddətdə cavabdeh uşaqlarına heç bir yardım göstərmir. Uşaqların tələbatlarını ödəməyə artıq gücü çatmır. Özü heç bir yerdə işləmir. Ailəni dolandırmaqda çətinlik çəkir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iddianı qismən qəbul etdiyini bildirmişdir. Belə ki, 250 manat əmək haqqı alır və himayəsində pensiyaçı anası vardır. Hər ay hər uşağa 80 manat aliment ödəməyə gücü çatır. İşə onun iştirakı olmadan baxıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 yanvar 2021-ci il tarixli AZ-lV 544138 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 21 sentyabr 2011-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 yanvar 2021-ci il tarixli AZ-lV 544137 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 13 mart 2010-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 sentyabr 2021-ci il tarixli 000997 saylı arayışdan məlum olur ki, İddiaçı alimentlə ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Aqentliyi DOST iş mərkəzi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli **********5 saylı arayışından məlum olur ki, Cavabdeh həqiqətən 25 fevral 2020-ci il tarixdən "xxxx" MMC-də Yevlax şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. Cavabdeh aylıq əmək haqqı 250 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İHB-nin Aşağı Salamabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 210 saylı arayışından məlum olur ki, Yevlax rayonu, Əcəmi kənd sakini Cavabdeh aşağıdakı tərkibdə ailə üzvləri var, işləyir. X1 – təqaüdçü. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər qeyri rəsmi ailə qurmuşlar. Birgə yaşayışlarından iki övladları dünyaya gəlmişdir. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaqlar anasının himayəsində qalmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq, uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Hər ay hər uşaq üçün 80 manat aliment ödəməyə razıdır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşaqların layiqli, firavan yaşayış səviyyələrini, təlim-tərbiyələrini, təhsillərini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 13 sentyabr 2021-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment tutulmalıdır. Cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq 44 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 sentyabr 2021-ci il tarixdən başlayaraq, 13 mart 2010-cu il təvəllüdlü X4 və 21 sentyabr 2011-ci il təvəllüdlü X5 adlı uşaqların 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 44 (qırx dörd) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2029/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2029/2021
11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver