Məhkəmə qərarları › İş №2(039)-2042/2019

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2042/2019

18.09.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2042/2019 18.09.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı qızının Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı «aliment» tələbinə dair işə 18 sentyabr 2019-cu il tarixdə Yevlax rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 mart 2011-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, o, X1 Cavabdeh ilə 18 iyul 2009-cü ildə faktiki olaraq nikaha daxil olub ailə qurmuşdur. Nikahlarını 17 fevral 2012-ci il tarixdə rəsmiləşdirmişlər. Bu nikahdan 19 mart 2011-ci il doğum tarixdə Səidə adında övladları doğulmuşdur. Cavabdehlə aralrında olan nikah qeydi Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, aylardır ki, uşağını tək saxlayır. Cavabdeh uşağın saxlanılmasında heç bir halda iştirak etmir. Hazırda cavabdehin bir uşaq üçün 200 manat aliment ödəməyə maddi imkanı vardır. Bu baxımdan da 19 mart 2011-ci il doğum tarixli X4 görə cavabdehdən hər ay sabit pul məbləğində 200 manat alimentin tutulmasını qanuni və əsaslı hesab edir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, uşağın saxlanılması üçün cavabdehdən hər ay 50 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, iddiaçı ilə ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Ayrıldıqları vaxtdan könüllü olaraq uşağının saxlanılması üçün maddi yardım göstərmişdir. Lakin son vaxtlar işləmir və bu səbəbdən də könüllü olaraq yardım göstərə bilmir. Hər ay uşağın saxlanması üçün 50 manat ödəməyə razıdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək hər ay 50 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(039)-2529/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından olmuş uşağı anasının himayəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ tərəfindən 26 avqust 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Yevlax şəhəri Y.Misirov küçəsi ev 11-də qeydiyyatdadır. İşəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 17 fevral 2012-ci il tarixli, AZ-İİ 815742 saylıdoğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 19 mart 2011-ci il tarixdə anadan olmuş, onun anası X5 atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilən 7 saylı evlər komitəsi tərəfindən 15 avqust 2019-cu il tarixdə verilmiş arayışdan məlum olur ki, İddiaçı Yevlax şəhəri Y.Misirov küçəsi ev 11-də yaşayır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2019-cu il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2019-cu ildən uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər 17 fevral 2012-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından 19 mart 2011-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından 29 oktyabr 2018-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuş və uşaq anasının himayəsində saxlanılmışdır. Nikahları pozulduqdan sonra cavabdeh könüllü olaraq uşağın saxlanılması üçün iddiaçıya maddi yardım göstərmiş, lakin son vaxtlar işləmədiyini əsas gətirərək maddi yardım göstərmir. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq 50 aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkənə hesab edir ki, Cavabdeh işləməməsi onun uşağının saxlanılması vəzifəsindən azad etmir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, uşağın layiqli, firəvan yaşayış şəviyyəsini, təlim-tərbiyələrini, təhsillərini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 19 avqust 2019-cu il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanması üçün hər ay 50 manat məbləğində aliment tutulmalıdır. Cavabdehdən iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavavbdehdən 20 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Ərəblinski küçəsi ev 3A-da yaşayan Cavabdeh 19 avqust 2019-cu il tarixdən başlayaraq, 19 mart 2011-ci il təvəllüdlü X6 adlı uşağın 18 yaşına çatanadək saxlanılması üçün 50 manat aliment İddiaçı qızının xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar