Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2043/2021 14.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli 2(039)-388/2018 saylı qətnaməsi ilə 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X1 üçün təyin edilmiş hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin qızı Samirə Məmmədovanın vəfat etdiyi vaxtdan, yəni 02 yanvar 2020-ci il tarixdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, qızı X6 Cavabdeh ilə ailəli olmuşdur. Onların birgə nikahlarından 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli 2(039)-388/2018 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar anasının yanında saxlanılmış və hər ay hər uşaq üçün 154 manat alimentin tutulması qət edilmişdir. X14 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan hər iki uşaq onun himayəsindədir. Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(039)-185/2021 saylı qətnaməsi ilə uşaqlar onun himayəsinə verilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti versə də, apelyasiya şikayəti təmin edilməmişdir. Hazırda uşaqlar həm faktiki, həm də rəsmi olaraq onun yanındadır. Cavabdeh isə qızı vəfat etdiyindən sonra uşaqlarının saxlanılması üçün heç bir ödəniş etmir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, uşaqlarına baxmaq onun borcudur. Lakin uşaqların iddiaçının himayəsinə verilməsi barədə qətnamədən kasasiya şikayəti vermişdir. Hesab edir ki, uşaqlar ona verilməlidir. Bu səbəbdən də, hazırda alimentin tutulması əsassızdır. Üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 noyabr 2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 18 oktyabr 2005-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 iyul 2007-ci il tarixli, AZ-İ 951003 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 18 iyun 2007-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X4r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 yanvar 2020-ci il tarixli, AZ-lİ 065818 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli, 2(039)-388/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə X6 arasından bağlanmış nikah pozulmuş; tərəflərin birgə nikahlarından olmuş uşaqlar X2 himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat aliment Cavabdeh tutularaq X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X7 İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(107)-1266/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(039)-2043/2021 saylı qərardadının surətindən məlum olur ki, 18 oktyabr 2005-ci il təvəllüdlü X9 və 18 iyun 2007-ci il təvəllüdlü X1 üçün müvəqqəti, yəni 15 sentyabr 2021-ci il tarixdən başlayaraq və iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək, hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində göstərilir ki, Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, iddiaçının X14 ilə cavabdeh evlənmişlər. Birgə nikahlarından 18 oktyabr 2005-ci il təvəllüdlü X10 və 18 iyun 2007-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar və uşaqlar analarının himayəsində saxlanılmışdır. Samirə Talıbova 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Samirə Talıbova vəfat etdikdən sonra uşaqlar faktiki olaraq İddiaçı himayəsində qalmışlar. Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqlar İddiaçı himayəsinə verilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli, 2(039)-388/2018 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün 154 manat aliment müəyyən edildiyindən və həmin aliment cavabdeh tərəfindən ödənildiyindən aliment 154 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, uşaqların layiqli, firavan yaşayış səviyyələrini, təlimtərbiyələrini, təhsillərini nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 08 oktyabr 2021-ci il tarixli 2(039)-2043/2021 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınmaqla 15 sentyabr 2021-ci il tarixdən başlayaraq, cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 154 manat məbləğində aliment tutulmalıdır. İddianın alimentin 02 yanvar 2020-ci il tarixdən hesablanması hissəsi iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görülməsinə və cavabdehin alimenti verməkdən boyun qaçırmasına dair məhkəməyə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Yevlax Rayon Məhkəməsinin müvəqqəti alimentin tutulması barədə 08 oktyabr 2021-ci il tarixli 2(039)-2043/2021 saylı qərardadı əsasında ödənilmiş aliment nəzərə alınmaqla 15 sentyabr 2021-ci il tarixdən başlayaraq, 18 oktyabr 2005-ci il təvəllüdlü X9 və 18 iyun 2007-ci il təvəllüdlü oğlunun X3 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2043/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2043/2021
14.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver