Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2065/2024 10.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 iyun 2016-cı ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə aylıq əmək haqqının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) X3 iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, tərəflər 07 mart 2015-cı ildə faktiki evlənmişlər. Tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2016-cı il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Sonradan aralarında olan münasibətlər pozulmuş və iddiaçı 2017-ci ildən cavabdehin evini tərk edərək valideynlərinin yanına getmişdir. Həmin vaxtdan cavabdehlə faktiki olaraq ayrı yaşayırlar və övladı iddiaçının himayəsindədir. Yevlax Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(039)-1296/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 11 iyun 2016-cı il tarixdə doğulmuş X5 atası olmasının müəyyən edilməsi, Cavabdeh 11 iyun 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Uşağa baxmaqda maddi cəhətdən çətinlik çəkir. Belə ki, iddiaçı heç yerdə işləmir və heç bir gəlir yeri yoxdur. Təyin edilən 154 manat aliment uşağa baxmaq üçün kifayət etmir və cavabdeh bundan əlavə heç bir maddi köməklik göstərmir. Cavabdeh Ucar Rayon Polis Şöbəsində işləyir və hər ay yüksək məbləğdə əmək haqqı alır. Bu səbəbdən də iddiaçı sabit pul məbləğində təyin edilmiş alimentin dəyişdirilərək cavabdehin əmək haqqının və başqa gəlirlərinin dördə bir hissəsi məbləğində aliment təyin edilməsini istəyir. Qeyd edilənlərin nəzərə alınaraq, Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1296/2018 saylı qətnaməsi ilə Cavabdeh Feruz oğlundan tutulması müəyyən edilmiş 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin dəyişdirilərək, 11 iyun 2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Feruz oğlunun aylıq əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh Feruz oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, lakin məhkəmənin hazırlıq iclasında iddanı etiraf etməsinə dair yazılı izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh Feruz oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1296/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh Feruz oğlunun 11 iyun 2016-cı il tarixdə doğulmuş X5 atası olmasının müəyyən edilməsi, Cavabdeh Feruz oğlundan 11 iyun 2016-ci il tarixdə doğulmuş Məmmədova (Əzizli) Dəniz Tural qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 aprel 2018-ci il tarixdən hesablanmaqla, hər ay 150 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 11 iyun 2016-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası X7r. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar və arvada Əzizli soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2020-ci ildə doğulmuşdur, atası X13, anası X8r. İş materiallarına əlavə edilmiş Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şahədətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası X8r. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 11 iyun 2016-cı ildə doğulmuş X1 üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(039)-1296/2018 saylı qətnaməsi ilə Cavabdeh 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində tutulması müəyyən edilmiş aliment dəyişdirilsin və hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 41.3 (qırx bir manat otuz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2065/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2065/2024
10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver