Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2131/2023 12.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqların himayəsində saxlanılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh bir qrup şəxsən oğurluq cinayəti edərək Vəsilə Bağırovanın əmlakını talamış, nəticədə ona külli miqdarda ziyan vurmuşdur. Onun barəsində Yevlax şəhər Prokurorluğu və Polis Şöbəsi tərəfindən cinayət işi qaldırılmış, cavabdeh cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırlanmış ittiham Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 2023-cü il tarixli hökmü ilə Cavabdeh AR CM-nın 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək cəzasını hazırda 4 saylı X3 çəkir. Cavabdeh qarşı hazırkı iddia ilə çıxış edərək xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2 himayəsinə verilməsi ilə əlaqədar hazırki iddianı qaldırmışdır. Uşaqları onun yanındadır. Ər-arvad deyilər. Aralarında olan nikah qeydi pozulmuşdur. Bundan sonra bir müddət yaşasalar da cavabdeh ona və ailəsinə qarşı cinayət edərək evin bütün sərvətini talayaraq niyyəti ilə bacısına, bacısının ərinə verərək 50,000 manatdan artıq maddi ziyan vurmuşdur. Cavabdeh və onun digər ailə üzvləri onun və bacısının əmlakını qəsdən bilərəkdən cinayət niyyəti ilə talamışdır. Oğurlanmış əmlakın bir hissəsi qayıtsa da, böyük bir hissəsi hələdə cavabdeh və onun ailə üzvləri tərəfindən qaytarılmamışdır. Bu gün uşaqları yanındadır. Onları saxlayır, böyüdür. Bu səbəbdən də uşaqlarının onun himayəsində saxlanılmasını istəyir. Uşaqları da istəyir. Uşaqlarının müqəddəratı onun üçün önəmlidir. Uşaqları yanında olmaqla ona bağlıdır. Hər üç uşağının dinlənilməsini istəyir. Bundan başqa cavabdeh şəxs cəzaçəkmə müəssisəsindədir. Tərəflərin izahatları: İddiaçı vəkili Fərhad Məmmədov iddianın təmin edilməsini xahiş etmişdir. Cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, işə baxılan müddət ərzində iclasda iştirak etmək arzusunu bildirməmiş, iddiaya etiraz təqdim etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş 09 dekabr 2005-ci il tarixdə verilmiş AZ-İ 698442 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 noyabr 2005-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdeh olması qeyd edilmişdir. 09 iyul 2007-ci il tarixdə verilmiş AZ-İ 950943 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 may 2007-ci il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdeh olması qeyd edilmişdir. 01 iyul 2013-cü il tarixdə verilmiş AZ-İİİ 091032 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 04 iyun 2013-cü il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdeh olması qeyd edilmişdir. Yevlax Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, nikah pozulmasından sonra xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanılmışlar. Şəki Ağır Cinayətlər Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli 1(107)-203/2023 saylı qərarının surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində 05 il 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş 30 oktyabr 203-cü il tarixli rəydə qeyd olunur ki, komissiya azyaşlıların hüquq və mənafelərini, 09 noyabr 2005-ci il təvəllüdlü X5 , 26 may 2007-ci il təvəllüdlü X4 və 04 iyun 2013-cü il təvəllüdlü X2 ataları ilə birgə yaşadıqlarını, atalarının yanında qalmaq istəmələri ilə bağlı komissiyaya verdiyi ərizələrini və anaları Cavabdeh həbsdə olduğunu əsas götürərək atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 49.2-ci maddəsinə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 60.4-cü maddəsində qeyd olunmuşdur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuş və birgə nikahlarından olan övladları anaları Cavabdeh yanında saxlanılmışlar. Bundan sonra Cavabdeh Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 11 ay 26 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Tərəflərin birgə nikahından olan üç övladı hazırda İddiaçıla birlikdə yaşayırlar. Məhkəmə qeyd olunan halları, tərəflərin birgə nikahından olan övladlarının atalarının yanında saxlanılmasını istisna edən halların olmadığını, habelə Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının rəyini nəzərə alıb belə qənaətə gəlir ki, iddia ərizəsi təmin olunmalı, tərəflərin birgə nikahlarından olan övladları İddiaçı himayəsində saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından olan övladları 09 noyabr 2005-ci il təvəllüdlü X8, 26 may 2007-ci il təvəllüdlü X7 və 04 aprel 2013-cü il təvəllüdlü X6 ataları İddiaçı himayəsində saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-2131/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2131/2023
12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver