Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2152/2020 30.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh xx xxxx 2008-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay bir uşağa 180 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından Aysun və Mayıl adlı iki övladları olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, nikah pozularkən uşaqlar analarının yanında qalmış və hər uşaq üçün 100 manat aliment müəyyən edilmişdir. Həmin qətnamdən verdiyi apellyasiya şikayəti əsasında Şəki Apellayasiya Məhkəməsinin qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş və Mayıl adlı uşaq ona verilmişdir. Hazırda alimenti ödəyir. Lakin özünün də maddi vəziyyəti ağırdır. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraiət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Nikahları pozulan zaman uşaqların biri iddiaçıda digəri isə cavabdehdə qalmışdır. Cavabdehdə qalan uşağın saxlanılması üçün iddiaçı hər ay 100 manat aliment ödənilməsi qət edilmişdir. İddiaçı həmin alimenti ödəyə bilmir və hazırda borcu yaranmışdır. Maddi vəziyyəti çox ağırdır. Bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, İddiaçıla birgə nikahlarından iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, uşaqlardan biri onun, digəri isə atasının yanında qalmışdır. Onun yanında qalan Aysel adlı uşağın saxlanılması üçün 100 manat aliment qət edilmişdir. Elnur ona oğlu Mayılla görüşməyə imkan vermir. Müxtəlif bəhanələrlə də alimentin ödənilməsindən yayınmaq istəyir. Özü heç bir yerdə işləmir. Valideyinlərinin köməkliyi ilə qızına baxır. Ondan alimentin tutulması onun çox ağır maddi durumunu daha da ağırlaşdıracaqdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1983-cü il tarixdə Tərtər şəhərində anadan olmuş, Tərtər şəhəri, T.Rəhimov küçəsi m. 21-də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli AZ-l 359790 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(039)-393/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında Tərtər rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2013-cü il tarixli nikah qeydinin pozulması; Nikah pozularkən tərəflərin birgə nikahlarından xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X4 və xx xxxx 2008-ci il tarixdə anadan olmuş X5 adlı uşaqlar iddiaçı Cavabdeh himayəsində saxlanması; xx xxxx 2008-ci il tarixdə anadan olmuş X5 adlı uşaq cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi; Cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X2 və xx xxxx 2008-ci il tarixdə anadan olmuş X3 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-2370/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi; Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-393/2019 nömrəli qətnaməsi qismən - “nikah pozularkən tərəflərin birgə nikahlarından xx xxxx 2008-ci il tarixdə anadan olmuş X5 adlı uşaqlarının iddiaçı Cavabdeh himayəsində saxlanması, xx xxxx 2008-ci il tarixdə anadan olmuş X5 adlı uşağın cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi, cavabdeh İddiaçı xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxx 2008-ci il tarixdə anadan olmuş X3 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay 100 manat, cəmi 200 manat məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv edilməsi; İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməsi; İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahdan olan uşaqları - xx xxxx 2008-ci il tarixdə doğulmuş X5 adlı uşaqları atası İddiaçı himayəsində saxlanılması; Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-2-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimim təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, tərəflər 2013-cü ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlarının bir anasının, biri isə atasının yanında saxlanılmış və ananın yanında qalmış uşağın saxlanılması üçün 100 manat alimentin İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qət edilmiş aliment İddiaçı tərəfindən ödənilir. İddiaçı məhkəmədə iddia qaldırıraq maddi vəziyyəti ağır olduğu üçün onun yanında qalmış uşağın saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə daha təminatlı valideyindən alimentin tutulması nəzərdə tutulmuşdur. İddiaçı maddi vəziyyətinin ağır olduğunu bildirsə də, işin bu hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materialları ilə də müəyyən olunur ki, iddiaçı hazırda cavabdehin himayəsində qalan uşaq üçün aliment ödəyir. İddia təmin olunması hazırda cavabdehin himayəsində qalan uşağın mənafeyinə ziddir. Həmçinin Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(039)-393/2019 saylı qətnaməsi qət edilərkən, hər iki uşağın layiqli, firəvan yaşaması səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlıqlarının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq qət edilmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2152/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2152/2020
30.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver