Məhkəmə qərarları › İş №2(039)-2161/2021

Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-2161/2021

29.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-2161/2021 29.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Kreditor MMC-nin Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i: Kreditor MMC qeyd olunan ərizəni təqdim edərək Borclu 2,295 manat məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Borclu kredit müqaviləsinə əsasən Kreditor MMCdən dəyəri 2,745 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2,295 manat borcu qalıb. Odur ki, borcludan 2,295 manat məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Ərizəyə əlavə edilmiş borc müqaviləsi və maliyyə arayışından müəyyən olunur ki, Borclu, Kreditor MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında 2,745 manat dəyərində olan məişət avadanlğını nisyə almış, ilk olaraq 450 manat ödəniş etmiş, qalan 2,295 manatı isə 15 ay ərzində, hər ay 153 manat ödəməyi öhdəlik olaraq üzərinə götürmüş, lakin həmin öhdəliyi icra etməmiş və bunun nəticcəsində 2,295 manat borcu yaranmışdır. Ərizəçi tərəfindən və 20 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Maddə 278. Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Beləliklə, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borc, habelə ödənilmiş 20 manat məbləğində pul vəsaiti Borclu dan kreditorun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: Borclu, xx.xx.1992-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 2,295 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,315 (iki min üç yüz on beş) manat Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu, məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində, verilmiş tələbə və ya onun hissəsinə qarşı, əmri vermiş Məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilərlər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar