Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2179/2021 18.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X3 Cavabdeh Üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə qarşı «aliment borcunun silinməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinə qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız olaraq ondan tələb etdiyi 5400 manat aliment borcunun üzərindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 izah etdi ki, tərəflər ailəli olmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün İddiaçı əmək haqqısının 1/4 hissəsində aliment tutularaq, Cavabdeh ödənilməsi qət edilmişdir. Zaur Bırxudarov daima rəsmi işlərdə işləmiş və aliment onun əmək haqqısından tutulmuşdur. Hazırda Cavabdeh Zaur Bırxudarovdan 5400 manat alimet borcu tələb edir bu da əsasızdır. Təqdim olunan arayışlardan və qəbzlərdən görünür ki, İddiaçı borcu yoxdur. Cavabdeh məhkəmə iclasıda iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ilə ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün əmək haqqısının 1/4 hissəsində aliment qət edilmişdir. Alimenti tələb etsə də, Zaur ona acı sözlər deyərək, pul ödəməmişdir. Zaur uşaqla maraqlanmadığından və uşağı da acıladığından hazırda alimenti tələb edir. Borc əslində çox idi. İcra məmuru protokol tərtib edərkən, İddiaçı tərəfindən ödənilən və onun əmək haqqısından tutulan məbləğlər nəzərə alınaraq inzibati protokol 5400 manatla tərtib olunmuşdur. Əslində 2007-ci ildən hesablanan aliment borcu daha da çoxdur. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X5 izah etdi ki, Yevlax rayon İcra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Alimentin tutulması barədə icra sənədi onun icraatındadır. 16 aprel 2021-ci il tarixdə İddiaçı barəsində protokol tərtib olunarkən onun tərəfindən edilən ödənişlər nəzərə alınmaqla borc 5400 manat qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 3(039)-359/2021 saylı qərarının surətindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(039)-1093/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 15.11.2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 21 sentyabr 2021-ci il tarixli, 02 saylı arayışdan məlum olur ki, İddiaçı aliment borcunun silinməsi ilə bağlı mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2008-ci il tarixli 2(039)-384/2008 saylı qətnaməsinin surətindən məlum olur ki, İddiaçı aylıq bütün qazancının 25 faizi miqdarında aliment 11 avqust 2007-ci il tarixdən başlayaraq tutulub 15 noyabr 2006-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərpoçt MMC-nin X10 filialının 16 fevral 2021-ci il tarixli, 07_91 saylı arayışdan məlum olur ki, İddiaçı adından Cavabdeh 2010-cu ildə cəmi 160 manat pul tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azpertol Ltd MMC-nin 24 may 2021-ci il tarixli, 05-399 saylı məktubundan məlum olur ki, İddiaçı adından Cavabdeh 2008-ci ildə cəmi 866.78 manat pul tutulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərpoçt MMC-nin X10 filialının qəbzlərindən məlum olur ki, İddiaçı Cavabdeh 2009-2013-cü illər ərzində cəmi 1040 manat pul göndərmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, tərəflər ailə qurmuşlar. Birgə yaşayışlarından bir övladları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhəkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün İddiaçı qazancının 25 faizi miqdarında aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldırıraq aliment üzrə yaranmış borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsası kimi də cavabdehlə pulun ödənildiyini və ümumiyyətlə borcunun olmamasını bildirmişdir. Məhkəmə qeyd edir ki, aliment uşağın saxlanılması üçün, onun gündəlik təlabatını və digər xərclərini ödəmək məqsədi daşıdığından yaranmış borcun silinməsi uşağın mənafeyinə ziddir. Həmçinin iddiaçı tərəfindən aliment üzrə yaranmış borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara (borcun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini, ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına) dair məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasından məlum olmuşdur ki aliment qətnaməsi qət olunan gündən İddiaçı tərəfindən cəmi 2066.78 manat aliment ödənilmişdir. Şahid ifadəsi ilə də inzibati xəta haqqında protokol tərtib olunarkən həmin ödənilmiş pullar nəzərə alinaraq borcu 5400 manat göstərildiyi öz əksini tapmışdır. Ona görə də, İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2179/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2179/2021
18.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver