Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2192/2024 24.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir Regional «Asan Xidmət» X10rşı çıxarışın etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi, əmlakın əvvəli vəziyyətə qaytarılması, mənəvi zərərin əvəzinin ödənilməsi, dövlət rüsumunun və xərclərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, X5 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Mingəçevir Regional «Asan Xidmət» X10rşı çıxarışın etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi, əmlakın əvvəli vəziyyətə qaytarılması, mənəvi zərərin əvəzinin ödənilməsi, dövlət rüsumunun və xərclərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia tələbi onunla əsaslandırılmış ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 57 saylı qərarına əsasən JN-389 saylı torpağa mülkiyyət hüququna dair akta müvafiq olaraq Yevlax rayonu Aran qəsəbəsində yerləşən 3.85 ha torpaq sahəsi iddiaçıların ümui birgə mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cinayət əlaqəsinə girərək, saxta məhkəmə qətnaməsi formalaşdıraraq onların (iddiaçıların) mülkiyyətində olan əmlak üzərində Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alışlar. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-440/2011 saylı qətnaməsi ilə X6 və onun ailə üzvləri X18, X11, X29, X21, X22 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (JN-0388, KOD 9********) Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş 4.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlı hesab edilmiş və həmin torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınması DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilmişdir. Yevlax Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə X6 və onun ailə üzvləri X18, X11, X29, X21, X22 torpaba mülkiyyət hüququna dair dövlət aktına əsasən (JN-0389, KOD ********) Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2021-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mükiyyətə verilmiş 3.85 ha kənd təsərrüfatı təyinatlı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlı hesab edilsin və həmin torpaq sahəsi üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınması DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bundan sonra X12 xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə qeyd olunan torpağı X2. Cavabdeh2 hakimin imzasına oxşadaraq pul müqabilində qətnaməni saxtalaşdıraraq Cavabdeh1 ilə X23 barəsində xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin başqa qeydiyyata düşmüş mülki nömrəsi altında Ynvlax Rayon Məhkəməsində qeyd olunan adda məhkəmə qətnaməsi olmamaqla möhürləyərək vermiş, həmin torpaq sahəsi digər şəxsin əlində sənəd olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmiləşərək onlar (iddiaçılar) vurulmuş cinayət nəticəsində mülkiyytlərindən qanunsuz qaydada məhrum olmuşlar. Baş verən hadisə ilə bağlı Cavabdeh2 rəsmi ifadə vermiş, qeyd edilən halları etiraf etmişdir. Bundan başqa, edilən qanunsuzluqla əlaqədar Yevlax rayon Polis Şöbəsində ********* nömrəli cinayət işi qaldırılaraq Cinayət Məcəlləsinin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi qaldırılmışdır. Bu işləri görmüş və saxtalaşdırmış Cavabdeh2 CM-nın 320.1-ci maddəsi ilə, Cavabdeh1 isə CM-nın 320.2-ci maddəsi ilə, habelə 178.2.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişlər, ancaq cinayət işinin başlanmasından sonunadək 7 il müddət keçdikdən onların hər ikisi AR CPM-nın 39.1.3-cü maddəsinə əsasən barələrində başlanmış cinayət işinə bəraətverici əsaslar olmadığından xitam verilmişdir. Cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla müəyyən olunmuşdur ki, xx xxx 1973-cü il təvəllüdlü Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 2015-ci il tarixdə istintaqa məlum olmayan ayda və gündə X6 və onun ailə üzvləri-X18, X11, X29, X21, X22 torpağa mülkiyyət hüququna dair JN-0388 KOD 90100016 nömrəli dövlət aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş 4.62 ha kənd təsərrüfatı təyinatlı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin, habelə adları çəkilən şəxslərə JN-0389 KOD 90100016 nömrəli dövlət aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumibirgə mülkiyyətə verilmiş 3.85 ha kənd təsərrüfatı təyinatlı məhsulları istehsalı təyinatlı torpaq sahəsini torpaq sahibləri ilə aralarında olan şifahi razılaşma əsasında icarə əsasında istifadə edərkən torpaq sahiblərinin ona olan etibarından sui-istifadə etməklə həmin torpaq sahələrini öz mülkiyyətinə keçirmək üçün torpağın sahibləri tərəfindən təqdim edilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktlarından istifadə etdirməklə tanıdığı, xx xxxx 1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək sonuncunun naməlum mənbədən əldə etdiyi Yevlax rayon məhkəməsinin ştampından istifadə etməklə komputer qrafikası ilə hazırladığı, “məhkəmənin hakimi” qrafasının qarşısından özünün imzaları icra etməklə saxtalaşdırdığı 2(039)-440/2011 və 2(039)- 440/2011 nömrəli saxta qətnaməni əldə edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim etmiş və xx.xx.2015-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə edərək ümumilikdə 8.47 ha torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə nail olmuş, bundan sonra o, 2021-ci il tarixdə isə xx.xx.2015-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış üzrə aralarında bağlanmış 04 avqust 2021-ci il tarixdə AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən 8.47 ha torpaq sahəsini alıcı X1. Onlar (iddiaçılar) bu iki şəxsin etmiş olduğu cinayəti nəticəsində mülkiyyətlrindən məhrum olmuşlar. Ona görə də Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsinə, yəni Cavabdeh1 Cavabdeh2 ilə cinayət əlaqəsinə girib onların mülkiyyət üzərində hüquqlarını cinayətkarcasına ələ keçirərək saxta məhkəmə qətnaməsi əldə edərək həmin qətnamənin heç bir qeydiyyatı olmadığı bir halda 2(039)-440/2011 nömrəli mülki işin materialı ilə iddiaçı X19 cavabdeh X7 qarşı evə köçürülmə tələbinə dair mülki iş və 2(039)-441/2011 nömrəli işin materiallarının qeydiyyat tarixinə işləyərək adda başqa iş olduğu halda həmin işin nömrəsi ilə saxta qətnamə tərtib edərək hakimin imzasına müdaxilə edərək möhürlənərək saxta qətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestrinə verilməklə onların mülkiyyətini deyure cinayətkarcasına ələ keçirmişlər. Bu saxta qətnamənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin vermiş olduğu xx.xx.2015-ci il tarixli ********** nömrəli çıxarış verildiyi andan etibarsızdır. Etibarsız əqdlər mülki qanunvericiliyə görə yəni, Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 337.5-ci maddələrinə əsasən etibarsız hesab edilir. Onun nəticələri ləğv edilir. Cavabdeh1 ilə X35 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-1508 saylı alqı-satqı müqaviləsinin, habelə bundan sonra xx.xx.2022-ci il tarixli, ********** nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmış çıxarışın ləğv edilməsinə, yəni qeyd olunan alqı-satqı müqaviləsinin əsasını saxta məhkəmə qətnaməsi təşkil etmişdir. Tərtib olunan saxta məhkəmə qətnaməsi məhkəmə katibi olmuş Cavabdeh2 özünün yazaraq, imzalayaraq başqa bir mülki işin nömrəsi ilə saxtalaşdırılmış qeydiyyatı apararaq öz iradəsi ilə Cavabdeh1 ilə qarşılıqlı cinayət əlaqəsinə girərək başqa şəxsin mülkiyyətini ələ keçirməklə bu hərəkətlərini tərtib edilən saxta qətnamə əsasında qurduqlarından saxta qətnamədən yarana biləcək hüquqlar qanunsuz, cinayət əməli olduğundan bu barədə dövlət orqanlarının qərarı qanuni qüvvəsini aldığından saxta qətnamədən nəticəsindən asılı olaraq əmələ gələn bütün mülki hüquqi münasibətlər ləğv edilməlidir. Habelə torpağın əvvəlki vəziyyətinə görə JN-389 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə 3.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzrə X8, İddiaçı1, İddiaçı2, X5 və X13 ümumi birgə mülkiyyətinin bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmasına dair məhkəmə qətnaməsi çıxarılmasını qanuni hesab edirlər. Çəkdikləri mənəvi zərərə görə Cavabdeh1 3000 manat mənəvi zərərinin əvəzinin ödənilməsi, Cavabdeh2 isə 2000 manat mənəvi zərərin əvəzinin ödənilməsini istəyirlər. Onlar (iddiaçılar) qanunsuz olaraq mülkiyyətlərindən məhrum edilərək prokurorluğa, polis şöbəsinə çoxsaylı müraciətlər etmişlər. Yeganə iş və qazanc yerindən məhrum olmuşlar. Bütün bunları onlara (iddiaçılara) həmin insanlar yaşatmışlar. Gərgin və sinirli həyat tərzi keçirmişlər. Dövlət idarəsinin belə bir hərəkəti etməsini heç bir halda düşünə bilməmişlər. Bu ədalətsizliyi heç bir halda qəbul etməmişlər. Mülkiyyəti əlindən getmiş bir insan olaraq həm sarsılmış, mənəvi, psixi və maddi zərər almışlar. Bütün dövlət idarələrinə müraciət etmişlər. Saatlarla, günlərlə qəbullara getmişlər, daxili sarsıntılarının həddi və hüdud olmamışdır. Bütün bunların mənəvi zərər olaraq çəkmişlər. Bu səbəbdən Cavabdeh1 3000 manat, Cavabdeh2 2000 manat mənəvi zərərin əvəzinin ödənilməsini istəyirlər. Torpaqlarını ələ keçirməklə onlara (iddiaçılara) maddi ziyan vurmuşlar. Habelə, hüquqi yardımla əlaqədar ödədikləri 321 manat məbləğin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödədikləri 41 manat məbləğin, dövlət rüsumu olaraq ödədikləri 171 manat rüsumun ödənilməsini istəyirlər. Çünki Yevlax şəhər Vəkil Bürosuna hüquqi yardımla əlaqədar müraciət etmişlər. Bununla bağlı olaraq günlərlə vaxt sərf edərək ödənişi bank vasitəsilə etmişlər. Bundan başqa dövlət reyestrindən bu şəxslərin etdiyi əlamətləri əldə etmək üçün reyestr xidmətinə 41 manat ödəmişlər. Həmçinin 171 manat dövlət rüsumu ödəmişlər. İddiaçılar tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5-ci maddələrinə istinad edərək, Cavabdeh1 mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsinə, Cavabdeh1 ilə X35 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1508 saylı alqı-satqı müqaviləsinin, habelə bundan sonra xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmış çıxarışın ləğv edilməsinə, torpağın əvvəliki vəziyyətinə görə JN- 389 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət Aktı ilə 3.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi üzərində X14, İddiaçı1, İddiaçı2, X5 və X13 ümumi birgə mülkiyyətinin bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılmasına, mənəvi zərərə görü Cavabdeh1 3000 manat mənəvi zərərin əvəzinin ödənilməsinə, Cavabdeh2 2000 manat mənəvi zərərin ödənilməsinə, hüquqi yardımla əlaqədar ödənilmiş 321 manat məbləğin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 41 manat məbləğin, dövlət rüsumu olaraq ödənilmiş 171 manat rüsumun cavabdehlərdən alınaraq, onlara (iddiaçılara) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçıların vəkili X15, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mingəçevir regional «ASAN xidmət» mərkəzində notariat ofisinin, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və X35 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN-389 (KOD 90100016 saylı) torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 57 saylı qərarı ilə X8, İddiaçı1, İddiaçı2, Əliyev Arzuman (Ərzuman) Qorxmaz oğlunun və X16 mülkiyyətinə Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən 3.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon Aran qəsəbə ƏİV üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 26 fevral 2007-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-441/2011 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilərək, iddiaçı Cavabdeh1 ilə X8 və onun ailə üzvləri İddiaçı1, İddiaçı2, X25, X13 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (JN-0389 KOD ********) Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 3.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyta alnmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-440/2011 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia təmin edilərək, iddiaçı Cavabdeh1 ilə X6 və onun ailə üzvləri X18, X11, X26, X21, X22 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (JN-0388 KOD ********) Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 4.62 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyta alnmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışın surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 8.47 ha kənd təsərrüfatı təyinatlı torpaş sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarınə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AA 005072 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, həmin sənəd Yevlax rayonu Aran qəsəbəsində yerləşən 8.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 adına tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1508 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli (**********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) çıxarışa əsasən mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 8.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DÖvlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışın surətindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 8.47 ha kənd təsərrüfatı təyinatlı torpaş sahəsi üzərində X27 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən 7 il müddət keçdiyindən və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 320.2-ci (billə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən 2 il müddət keçdiyindən, həmin Məcəllənin 178.2.7-cü (etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən 7 il müddət keçdiyindən barələrində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxx 1973cü il təvəllüdlü Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 2015-ci il tarixdə istintaqa məlum olmayan ayda və gündə X8 və onun ailə üzvləri İddiaçı1 oğlunun, İddiaçı2, X5 və X13 torpağa mülkiyyət hüququna dair JN-0389 KOD 90100016 nömrəli dövlət aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş 3.85 ha kənd təsərrüfatı təyinatlı məhsulları istehsalı təyinatlı torpaq sahəsini torpaq sahibləri ilə aralarında olan şifahi razılaşma əsasında icarə əsasında istifadə edərkən torpaq sahiblərinin ona olan etibarından sui-istifadə etməklə həmin torpaq sahələrini öz mülkiyyətinə keçirmək üçün torpağın sahibləri tərəfindən təqdim edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktlarından istifadə etdirməklə tanıdığı, xx xxxx 1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək sonuncunun naməlum mənbədən əldə etdiyi Yevlax rayon məhkəməsinin ştampından istifadə etməklə komputer qrafikası ilə hazırladığı, “məhkəmənin hakimi” qrafasının qarşısından özünün imzaları icra etməklə saxtalaşdırdığı 2(039)-440/2011 nömrəli saxta qətnaməni əldə edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim etmiş və xx.xx.2015-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə edərək ümumilikdə 8.47 ha torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə nail olmuş, bundan sonra o, 2021-ci il tarixdə isə xx.xx.2015-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış üzrə aralarında bağlanmış 04 avqust 2021-ci il tarixdə AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən 8.47 ha torpaq sahəsini alıcı X1. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2- 2336/2024 saylı məktubundan görünür ki, JN-389 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 3.85 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi X8, İddiaçı1, İddiaçı2, X5 və X13 ümumi birgə mülkiyyətinə verilmişdir. Yevlax rayon Aran qəsəbəsində yerləşən 8.47 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmşdır. 8.47 ha torpaq sahəsinin 3.85 ha hissəsi JN-389 nömrəli dövlət aktında qeyd edilən torpaq sahəsidir. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********** nömrəli ərizəsinə 3.85 ha torpaq sahəsinin qeyd edilən mülkiyyətçilərlə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-441/2011 nömrəli qətnaməsini əlavə etmişdir. xx.xx.2021-ci il tarixli, 4Ə-1508 qeyd nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Mingəçevir regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin xüsusi notariusu X32) ilə 8.47 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən X3 və onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxılarkən yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 57 saylı qərarı ilə X8, İddiaçı1, İddiaçı2, Əliyev Arzuman (Ərzuman) Qorxmaz oğlunun və X16 mülkiyyətinə Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən 3.85 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-389 (KOD 90100016 saylı) torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən X24 26 fevral 2007-ci ildə ölmüşdür. Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-441/2011 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, iddiaçı Cavabdeh1 ilə X8 və onun ailə üzvləri İddiaçı1, İddiaçı2, X25, X13 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən (JN-0389 KOD ********) Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 3.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərində iddiaçı Cavabdeh1 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyta alnmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Yevlax rayonu Aran qəsəbəsində yerləşən 8.47 ha kənd təsərrüfatı təyinatlı torpaş sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh1 adına xx.xx.2015-ci il tarixli, AA 005072 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mingəçevir regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1508 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli (**********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) çıxarışa əsasən mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 8.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X4 və həmin torpaq sahəsi üzərində X27 mülkiyyət hüququ qeydə alınmış və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DÖvlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən sonuncunun adına xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir. Yevlax rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən 7 il müddət keçdiyindən və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 320.2-ci (billə-bilə saxta sənədlərdən istifadə etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən 2 il müddət keçdiyindən, həmin Məcəllənin 178.2.7-cü (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsindən 7 il müddət keçdiyindən barələrində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxx 1973-cü il təvəllüdlü Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 2015-ci il tarixdə istintaqa məlum olmayan ayda və gündə X8 və onun ailə üzvləri İddiaçı1 oğlunun, İddiaçı2, X5 və X13 torpağa mülkiyyət hüququna dair JN-0389 KOD 90100016 nömrəli dövlət aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 aprel 2001-ci il tarixli, 57 saylı qərarı ilə ümumi birgə mülkiyyətə verilmiş 3.85 ha kənd təsərrüfatı təyinatlı məhsulları istehsalı təyinatlı torpaq sahəsini torpaq sahibləri ilə aralarında olan şifahi razılaşma əsasında icarə əsasında istifadə edərkən torpaq sahiblərinin ona olan etibarından sui-istifadə etməklə həmin torpaq sahələrini öz mülkiyyətinə keçirmək üçün torpağın sahibləri tərəfindən təqdim edilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktlarından istifadə etdirməklə tanıdığı, xx xxxx 1977-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək sonuncunun naməlum mənbədən əldə etdiyi Yevlax rayon məhkəməsinin ştampından istifadə etməklə komputer qrafikası ilə hazırladığı, “məhkəmənin hakimi” qrafasının qarşısından özünün imzaları icra etməklə saxtalaşdırdığı 2(039)-440/2011 nömrəli saxta qətnaməni əldə edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim etmiş və xx.xx.2015ci il tarixli, ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə edərək ümumilikdə 8.47 ha torpaq sahəsinin mülkiyyətinə keçirilməsinə nail olmuş, bundan sonra o, 2021-ci il tarixdə isə xx.xx.2015-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış üzrə aralarında bağlanmış 04 avqust 2021-ci il tarixdə AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən 8.47 ha torpaq sahəsini alıcı X1. İddiaçılar mülkiyyətlərində olan qeyd edilən torpaq sahəsinin onların mülkiyyətindən qanunsuz olaraq çıxarıldığını göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-c1 il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).... Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə iddianın mənəvi zərər hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmn hissədə təmin edilməməlidir. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndində göstərilmişdir ki, yayılmış məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Həmin qərarda daha sonra göstərilir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və ya təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X9 Haqqunda Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənəvi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X20 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Məhkəmə iclasında iddiaçılar cavabdehlərin həmin hərəkətləri nəticəsində onlara mənəvi iztirab formasında mənəvi zərər dəydiyini göstərsə də, iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsi iş materialları ilə öz təsdiqini tapmamış, iddiaçılar mənəvi zərər anlayışını şərtləndirən mənəvi sarsıntının nədə ifadə olunduğuna aydınlıq gətirə bilməmiş və cavabdehlərin hərəkətlərinin onların (iddiaçıların) şüurunda mənəvi psixi reaksiyaya səbəb olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə iddianın hüquqi yardımla əlaqədar ödənilmiş 321 manat məbləğin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 41 manat məbləğin, dövlət rüsumu olaraq ödənilmiş 171 manat rüsumun cavabdehlərdən alınması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən Yevlax şəhər Vəkil Bürosunun hesabına 321 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçıların vəkili tərəfindən ƏMDK yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsinin hesabına 41 (qırx bir) manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar İddiaçı2 tərəfindən 171 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia həmin hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsaslıdır, cavabdeh Mingəçevir «ASAN-xidmət» mərkəzi notariat ofisi həmin tələb üzrə iddiaya cavab verməli şəxs deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-441/2021 saylı qətnaməsi əsasında Yevlax rayonu Aran qəsəbəsində yerləşən 3.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) qeydin və Mingəçevir regional «ASAN xidmət» mərkəzində notariat ofisində Cavabdeh1 ilə X35 arasından bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1508 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində X27 adına aparılmış xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) qeydin ləğv edilməsinə, 3.85 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməklə əvvəlki vəziyyətinə qaytarlmasına, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardımla əlaqədar ödənilmiş 321 manatın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 41 manatın alınıb iddiaçılara verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(039)-441/2021 saylı qətnaməsi əsasında Yevlax rayonu Aran qəsəbəsində yerləşən 3.85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2015-ci il tarixli (********** qeydiyyat nömrəli) qeyd və Mingəçevir regional «ASAN xidmət» mərkəzində notariat ofisində Cavabdeh1 ilə X35 arasından bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1508 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində X27 adına aparılmış xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) qeyd ləğv edilsin və 3.85 ha torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları bərpa edilməklə əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi yardımla əlaqədar ödənilmiş 321 (üç yüz iyirmi bir) manat, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 41 (qırx bir) manat və 171 (bir yüz yetmiş bir) manat dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, X17 və İddiaçı4 verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2192/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2192/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver