Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2206/2023 10.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdehlər X1 və Yevlax Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşaqlar üzərində himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 və Yevlax Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşaqlar üzərində himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən, geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə verilməli olduğu halda, aidiyyət qaydalarının pozulması ilə Yevlax Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.3-cü maddələrinin tələbinə görə iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilik mülki işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən edərkən məhkəmə aidiyyətinin ərazi və növ aidiyyətini fərqləndirir. Ərazi aidiyyətinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdeh olan fiziki şəxsin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir (MPM-nin 35-ci maddəsi). Növ aidiyyəti isə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməsinə aidiyyətini nəzərdə tutur və işdə iştirak edən şəxslərin subyekt tərkibi (işdə iştirak edən şəxsin fiziki və ya hüquqi və ya qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu olan fiziki şəxs olması), yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Ona görə də, iddia ərizəsi məhkəməyə verilərkən yalnız ərazi aidiyyəti deyil, ümumiyyətlə aidiyyət qaydaları pozulmuşsa, iddia ərizəsi şərh olunan əsaslarla geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.4, 2.2.5ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Göründüyü kimi, hazırki iddia ərizəsi inzibati məhkəmənin səlahiyyətlərinə aid edilən iş üzrədir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, İddiaçı cavabdeh X1 və Yevlax Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşaqlar üzərində himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ümumi məhkəmədə baxılmalı olmadığından aidiyyət qaydalarına riayət etməklə, inzibati məhkəməsinə aid olduğundan, ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31-ci maddəsinə əsasən aidiyyət qaydalarına pozulmasına yol verilmir. İddiaçı cavabdeh X1 və Yevlax Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşaqlar üzərində himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 26, 152.1, 152.1.3, 152.2, 152.3, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 və Yevlax Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «uşaqlar üzərində himayəçi təyin edilmə» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı cavabdeh X1 və Yevlax Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2206/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2206/2023
10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver