Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2228/2021 24.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdehlər X2, Cavabdeh2 nümayəndəsi və vəkili X4 Maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinin notariusu X5 iştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «bağışlama müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 Cavabdeh2 onun adından istifadə etməklə tərtib edilən: mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 05.03.2018-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,6101 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-292 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 24.02.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-291 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 20.02.2015-ci il qeydiyyat tarixli, **********43 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,1454 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-289 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,07 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-294 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********14 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,4557 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə- 293 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,3131 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-295 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 7,014148 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-296 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,430508 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-290 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,585925 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə- 297 nömrəli bağışlanma müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax rayon 1 saylı Notariat ofisi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlər X2 Cavabdeh2 onun adından istifadə etməklə tərtib edilən: mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 05.03.2018-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,6101 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-292 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 24.02.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-291 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 20.02.2015-ci il qeydiyyat tarixli, **********43 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,1454 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-289 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,07 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə- 294 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********14 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,4557 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-293 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,3131 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-295 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 7,014148 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-296 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,430508 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə- 290 nömrəli bağışlanma müqaviləsinin, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,585925 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-297 nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izah etdi ki, hər iki cavabdehlər iddiaçının bacı və qardaşıdır. Birinci cavabdeh X6 iddiaçının qardaşı olduğundan ona olan etibar və inamı əsasında iddiaçı ona rəsmi etibarnamə verərək, ona məxsus olan mülkiyyətini iddiaçıya bildirməklə, qiymətlərini iddiaçı ilə razılaşdırmaqla satmasını xahiş etmişdir. Aralarında olan razılaşma əsasında ödənişlər banka ödənilməklə, rəsmi alqı-satqı edilməklə bir-bir əmlakının satılmasını ona etibar və həvalə etmişdir. Bu baxımdan da iddiaçının icazə və razılığı ilə yanacaq doldurma stansiyasının bir hissəsi satılmışdır. Digər əmlakları, yəni torpaq sahəsi olduğundan və Bakıda yaşadığından mülkiyyətində olan torpaq sahəsinin hamısını etibarnamə əsasında satılması üçün cavabdeh şəxs Zahid İsgəndərova etibarnamə vermişdir. Torpaq sahələri mərhələli qaydada qiymətlər iddiaçıya bildirilməli, alqı-satqı edilməli idi. Ona görə də iddiaçı torpaq sahəsinin çıxarışlarını bu şəxsə təqdim etmişdir. Cavabdeh ona verilən etibarnamədən sui-istifadə edərək bütün əmlakı sonuncu Cavabdeh2 bağışlamışdır. 9 çıxarış üzrə cəmi 21 ha torpaq sahəsi etibardan sui-istifadə edilməklə başqasının adına bağışlanmışdır. Digər cavabdeh də onun bacısıdır. İddiaçı öz əmlakını onun adına bağışlamağı ona tapşırmamışdır. Verdiyi etibarnaməni ləğv etdirmişdir. Şəxs bütün əmlakını iddiaçıya bildirmədən bacısına bağışlayıb. Etibarnamə üzrə üzərinə öhdəliklər götürmüş şəxs bilərəkdən iddiaçının əmlakını ələ keçirmək məqsədi ilə başqasının mülkiyyətinə keçirməyə nail olmuşdur. Əməliyyat dövlət notariatında bağışlanma qaydasında aparılaraq, niyyəti gizli qaydada əmlakını ələ keçirilməsinə yönəldilmişdir. Bağışlanma müqaviləsi iddiaçının iradəsi deyildir. Şəxs heç bir məbləğdə əmlakının dəyərini ödəmədən başqa bir şəxsə hazırkı cavabdehə bütün mülkünü bağışlayaraq iddiaçını əmlakından məhrum edib. Suni qaydada əmlakını başqasının üzərinə bağışlamaqla iddiaçıya ziyan vurub. Hesab edir ki, həmin müqavilə bağlandığı andan etibarsızdır. İddiaçı əmlakının başqa bir şəxsə bağışlanması ilə bağlı məlumatı 16 sentybar 2021-ci il tarixində almışdır. Dərhal DƏDRX-nə sorğu edərək bu barədə rəsmi məlumat almışdır. Əmlakının Cavabdeh2 bağışlandığını bilmişdir. Buna qədər bu məsələdən xəbərdar olmamışdır. Bütün əmlakı hazırkı cavabdeh X2 və Cavabdeh2 əlindədir. DƏDRX-də bu müqavilələri reyestr qeydindən keçirməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X2, Cavabdeh2 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, həmin torpaq sahələri əvvəldən X3 məxsus olubdur. Lakin özünün sənədlərində müəyyən problemlər olduğundan bacısı İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı X3 etibarnamə vermiş və həmin etibarnamədə əmlakların satması, bağışlanması, girov qoyulması və sair qeyd edilmişdir. X6 həmin etibarnamə əsasında torpaqları digər bacısı Cavabdeh2 bağışlamışdır. Maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinin notariusu X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, notarius haqqında qanuna əsasən əməliyyat aparılmışdır. Əməliyyat aparılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. X6 torpaqları etibarnamə əsasında bağışlamışdır. Həmçinin İddiaçı həyat yoldaşının da razılıq ərizəsi var idi. Məhkəmənin əvvəlki iclasında cavabdeh X6 izah etmişdir ki, torpaqların mülkiyyətisi iddiaçı olsa da, faktiki olaraq onun olmuşdur. Onun 500000 manat banka borcu olduğu üçün həmin torpaqları öz adına rəsmiləşdirə bilməmişdir. Belə ki, torpağın müsadirə olunmasından qorxmuşdur. Maya ona verdiyi etibarnamə əsasında torpaqları digər bacısı olan Tavada bağışlamışdır ki, sonradan öz adına keçirsin. Mayanın əri ilə əvvəllər iş birlikləri mövcud olmuşdur. Etibarnamə əsasında torpağı birbaşa öz adına keçirməsi qeyrimümkün olduğundan torpaqları Tavada bağışlamışdır. Məqsədi isə torpaqları sonradan öz adına rəsmiləşdirilməsi idi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisaiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 19 avqust 2021-ci il tarixli **********42 saylı məktubundan məlum olur ki, İddiaçı mülkiyyətində olan torpaq sahələri daşınmaz əmlakın bağışlanma müqavilələri ilə onun adlından çıxış edən X6 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Lakin sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 289 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 2.1464 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 290 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 1.430508 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 291 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 1 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 292 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 1.6101 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 293 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 2.4657 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 294 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 1.07 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 295 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 1.3131 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 296 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 7.014148 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 04 dekabr 2020-ci il tarixli 4Ə- 297 saylı müqavilədən məlum olur ki, X1 rayon 1 saylı Notariat ofisində İddiaçı adından çıxış edərək, İddiaçı məxsus Yevlax rayonu, Dəlləklər kəndində yerləşən 2.585925 ha torpaq sahəsini Cavabdeh2 bağışlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci madsəsində göstərilir ki, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci madsəsində göstərilir ki, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü madsəsində göstərilir ki, Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci madsəsində göstərilir ki, Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci madsəsində göstərilir ki, Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci madsəsində göstərilir ki, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci madsəsində göstərilir ki, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci madsəsində göstərilir ki, Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı madsəsində göstərilir ki, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci madsəsində göstərilir ki, Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.2-ci madsəsində göstərilir ki, Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci madsəsində göstərilir ki, Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci madsəsində göstərilir ki, Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci madsəsində göstərilir ki, Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.2-ci madsəsində göstərilir ki, Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.3-cü madsəsində göstərilir ki, Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 12 aprel 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-c1 il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).... Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən göründüyü kimi mübahisəli torpaqlar İddiaçı adına qeydə alınmışdır. 16 noyabr 2020-ci il tarixdə o, qardaşı X3 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmiş, sonuncu da bu etibarnamə əsasında bacısı Cavabdeh2 bağışlanma müqaviləsinə əsasən torpaqları bağışlamışdır. Lakin torpaqlar Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daha sonra İddiaçı tərəfindən X3 verilmiş 16 noyabr 2020-ci il tarixli etibarnamə ləğv olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 mart 2016-cı il tarilxi qərarında qeyd edilmişdir ki, İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Beləliklə, Mülki Məcəllənin 337.2, 337.3, 337.4, 340.1, 666.1, 668.1 və 668.1.3-cü maddələrinin tələblərinə görə predmeti olmayan bağışlama müqaviləsi etibarlı sayıla bilməz və bağlandığı andan yalan və əhəmiyyətsiz əqd hesab olunmalıdır. Mülki Məcəllənin 359.1. maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1. maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllənin 362.2. maddəsi). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (Mülki Məcəllənin 359.3. maddəsi). Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən torpaqlarla bağlı iddiaçıdan etibarnamə almış və etibarnaməni əldə etdikdən sonra iddiaçının etibarından sui-istifadə edərək aldadıb ondan əldə etdiyi etibarnamə əsasında torpaqları bacısı iş üzrə Cavabdeh2 bağışlamışdır. Niyyəti isə sonradan həmin torpaqları öz adına rəsmiləşdirmək olmuşdur. Bununla da qanunvericiliyin yuxarıda qeyd edlilən tələblərini baxımından təmsilçi verilmiş etibаrnаmə üzrə özünün yоx, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi dаşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Hаlbuki, bağışlama müqаviləsi iddiаçının yоx, məhz təmsilçinin mаrаqlаrınа xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, 16 sentyabr 2021-ci il tarixdə iddiaçı cavabdeh X2 adına verdiyi etibarnaməni ləğv etdirmiş və hazırki iddianı qaldırmışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012-ci il tarixli qərarı). Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında qohumluq münasibətləri olsa da, hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh2 torpaqları bağışlamaq niyyəti, yəni iradə ifadəsi mövcud olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli torpaqların bağışlanılması müqaviləsi iddiaçının iradə ifadəsini yanlış təsəvvür yaratmaqla aldadılaraq bağlanması öz təsdiqini tapdığından, müqavilənin etibarsızlığı tələbi əsaslı hesab olduğundan təmin edilməlidir. Ona görə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehlər X2 Cavabdeh2 İddiaçı adından istifadə etməklə tərtib edilən: mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 05.03.2018-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,6101 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-292 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 24.02.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-291 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 20.02.2015-ci il qeydiyyat tarixli, **********43 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,1454 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-289 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,07 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-294 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********14 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,4557 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-293 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,3131 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-295 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 7,014148 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-296 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,430508 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-290 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,585925 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-297 nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2 Cavabdeh2 İddiaçı adından istifadə etməklə tərtib edilən: mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 05.03.2018-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu, Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,6101 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-292 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRXnın RX seriyalı ******* saylı, 24.02.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-291 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 20.02.2015-ci il qeydiyyat tarixli, **********43 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,1454 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-289 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********56 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,07 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-294 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********14 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,4557 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-293 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 27.01.2015-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,3131 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-295 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********85 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 7,014148 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-296 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********81 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,430508 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020ci il tarixli 4Ə-290 nömrəli bağışlanma müqaviləsi, mülkiyyətində olan DƏDRX-nın RX seriyalı ******* saylı, 28.09.2007-ci il qeydiyyat tarixli, **********80 reyestr nömrəli, Yevlax rayonu Dəlləklər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,585925 ha torpaq sahəsinin çıxarışı üzrə 1 saylı Dövlət notariat kontorunun 04.12.2020-ci il tarixli 4Ə-297 nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2228/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2228/2021
24.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver