Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2231/2022 26.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsini verdiyi vaxtdan hesablanmaqla birgə nikahlarından doğulmuş 27 oktyabr 2007-ci il təvəllüdlü Emil adlı uşaqlarının saxlanılması üçün sabit məbləğdə, hər ay 200 manat alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından üç övladları olmuşdur. Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, nikah pozularkən uşaqlardan Elnur və Emil onun yanında, Elmir isə anasının yanında qalmışdır. İki uşağın onda qalmasına baxmayaraq, Elmirin saxlanlması üçün o aliment ödəyir.Hazırda Elnur yetkinlik yaşına çatmış və ali təhsil alır. Emil isə onun yanındadır. Elnurun təhsilinə də xərci çox çıxır. Bu səbəbdə də onun yanında olan uşağın saxlanılması üçün cavabdehdən aliment tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ilə birgə nikahlarından üç uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş və uşaqların ikisi atasının yanında, biri isə onun yanında qalmışdır. Onun yanında qalmış uşaq xəstədir. Elmirin müalicəsinə xərci çox çıxır. Maddi durumu çox ağırdır. Ondan alimentin tutulması onun çox ağır maddi durumunu daha da ağırlaşdıracaqdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 31 avqust 2022-ci il tarixli AZl 425069 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı ilə Cavabdeh nikahı pozulmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 01 may 2019-cu il tarixli AZ-T 096195 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 27 oktyabr 2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli 2(039)-1480/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, Emil və Elmir adlı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 100 manat aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(039)-3136/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, 27 oktyabr 2007-ci il tarixdə anadan olmuş X4 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi tələbi rədd edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 23 avqust 2022-ci il tarixli MT_00548 saylı arayışdan məlum olur ki, İddiaçı aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(039)-793/2020 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 ilə əlaqədar cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə iddiası təmin edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(107)-409/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Yevlax Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2(039)-793/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(102)-3805/2021 saylı qərarından məlum olur ki, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(107)-409/2021 saylı qətnaməsindən verdiyi kasasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-2-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh rəsmi evlənərək ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşaqların ikisi İddiaçı, biri isə yəni X2 Arzu Yusif qızının himayəsində saxlanılmış və onun saxlanılması üçün aliment İddiaçı tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iddia qaldırıraq maddi vəziyyəti ağır olduğu üçün onun himayəsində qalmış və yetkinlik yaşına çatmamış Emil adlı uşağın saxlanılması üçün aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə daha təminatlı valideyindən alimentin tutulması nəzərdə tutulmuşdur. İddiaçı maddi vəziyyətinin ağır olduğunu bildirsə də, işin bu hallarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2231/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2231/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver