Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2234/2023 12.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və üçüncü şəxs X8 qarşı «uşaqların üzərində himayəçi təyin edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və üçüncü şəxs X8 qarşı «uşaqların üzərində himayəçi təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəvələri 18 oktyabr 2005-ci il təvəllüdlü X3 və 18 iyun 2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, qızı 2005-ci il tarixdə X10 ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 18 oktyabr 2005-ci il təvəllüdlü X11 və 18 iyun 2007-ci il təvəllüdlü X4 adılı iki uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli 2(039)-388/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqlaran anasının himayəsində saxlanılmışdır. X15 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir.Həmin vaxtdan uşaqların hər ikisi onun və mərhum əri Fazil Talıbovun himayəsində olmuşlar. Cavabdehə uşaqların onun himayəsinə verilməsi ilə bağlı müraciət etsə də, ona imtina vermişlər. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və üçüncü şəxs X8 məhkəməyə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin və X5 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onnların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 10 iyul 2017-ci il tarixli AZ-l 951003 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 18 iyun 2007-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 25 noyabr 2021-ci il tarixli AZll 222621 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 19 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 16 yanvar 2020-ci il tarixli AZll 065818 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 27 yanvar 2022-ci il tarixli 126 saylı məktubundan məlum olur ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyun 2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı uşaqların himayəsinə verilməsi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(039)-185/2021 saylı qətnaməsindən məlum olur ki, 18 oktyabr 2005-ci il təvəllüdlü X11 və 18 iyun 2007-ci il təvəllüdlü X1 Fazil Arıx oğlunun himayəsinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(102)-6811/2021 saylı qərarından məlum olur ki, Şəki Apellyasiya məhkəməsinin 2(107)-1266/2021 saylı qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(039)-185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X10 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, X10 ilə X6 ailə qurmuşlar. Onların birgə nikahlarından 18 oktyabr 2005-ci il təvəllüdlü X11 və 18 iyun 2007-ci il təvəllüdlü X4 adlı iki uşaqları olmuşdur. onlar ayrıldıqdan sonra uşaqlar analarının himayəsində qalmışlar. X6 02 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Uşaqlar məhkəmə qətnaməsi ilə X7 himayəsinə verilmişdir. X12 19 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı məhkəməyə müraciət edərək nəvələrinin onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 18 oktyabr 2005-ci il təvəllüdlü X11 və 18 iyun 2007-ci il təvəllüdlü X4 İddiaçı himayəsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18 oktyabr 2005-ci il təvəllüdlü X11 və 18 iyun 2007-ci il təvəllüdlü X4 İddiaçı himayəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2234/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2234/2023
12.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver