Məhkəmə qərarları › İş №2(039)-2287/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2287/2021

18.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2287/2021 18.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.01.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat və uşaq 3 yaşına çatana kimi Cavabdeh onun xeyrinə hər ay 100 manat aliment ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci ildə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Birgə evlilikdən 12.01.2021-ci il təvəllüdlü Dəniz adlı bir uşaqları dogulmuşdur. Son bir neçə aya qədər normal ailə münasibətində yaşamışlar. Hazırda münasibətləri pozulduğundan cavabdehlə ayrı yaşayırlar. həmin vaxtdan da bir dəfə də olsun ki, cavabdeh onlarla əlaqə saxlamamış və heç bir maddi köməklik göstərməmişdir. Hazırda təkbaşına uşağın minimum ehtiyaclarını belə ödəməyə çətinlik çəkir. Ona görə də, cavabdehdən aliment tələbinə dair məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş sənədlərin surətləri ilə təsdiq olunur ki, tərəflərin 12.01.2021-ci il təvəllüdlü Eminli Dəniz Fuad qızı adlı bir övladları vardır. Təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı nikahları 12 dekabr 2018-ci il tarixdə, Mingəçevir Reqional “Asan Xidmət” X1 560 nömrə ilə qeydə alınmışdır. Ailə Məcəlləsi: Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Mülki Məcəllə: Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1 yanvar 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən övladının yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunmalıdır ki, İddiaçı, Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia irəli sürsə də, cavabdehin buna maddi imkanın olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12.01.2021-ci il təvəllüdlü Eminli Dəniz Fuad qızının yetkinlik yaşına çatanadək saxlanılması aliment üçün hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa 12.01.2021-ci il təvəllüdlü 12.01.2021-ci il təvəllüdlü Eminli Dəniz Fuad qızının 3 yaşına çatanadək cavabdeh əlavə xərclərə cəlb edilməklə, ondan hər ay 40 manat cavabdehin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12.01.2021-ci il təvəllüdlü Eminli Dəniz Fuad qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 06 oktyabr 2021-ci il tarixdən başlayaraq hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 12.01.2021-ci il təvəllüdlü Eminli Dəniz Fuad qızının 3 yaşına çatanadək saxlanılması üçün əlavə xərc olaraq hər ay 40 (qırx) manat İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar