Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-23/2020 10.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Baxşəliyeva Könül Xətai qızına qarşı analıq hüququndan məhrum edilməsi, onunla birgə nikahdan doğulmuş 2 azyaşlı övladlarının onun yanında qalması və uşaqların yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün cavabdehdən aliment alınması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Könül Baxşəliyevaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Baxşəliyeva Könül Xətai qızının analıq hüququndan məhrum edilməsini, Baxşəliyeva Könül Xətai qızı ilə birgə nikahdan doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü qızı X1 və xx xxxxxx 2014-cü il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana qədər ayda hər bir uşaq üçün 136 manat olmaqla, bir ayda 2 uşaq üçün 272 manat aliment cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Baxşəliyeva Könül Xətai qızına qarşı cavabdeh Baxşəliyeva Könül Xətai qızının analıq hüququndan məhrum edilməsi, onunla birgə nikahdan doğulmuş 2 azyaşlı övladlarının onun yanında qalması və uşaqların yetkinlik yaşına çatana qədər onların saxlanılması üçün cavabdehdən aliment alınması tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-23/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-23/2020
10.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver