Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2336/2022 06.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdeh İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə qarşı «pul və dəymiş ziyan» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə qarşı «pul və dəymiş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Havarlı kəndində yaşayan Cavabdeh 2004-cü ildə verilmiş ******* (beş milyov) manat pulun ekvivalenti olan 1000 manat pulun; Yevlax rayonu, Havarlı kəndində yaşayan X1 1500 manat pulun alınıb ona ödənilməsi; 0.21 ha torpaq sahəsinin münbitləşdirilməsi ilə əlaqədar çəkilmiş xərc kimi 10000 manat pulun Cavabdeh və X1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində özünü həm iddiaçı, həm də cavabdeh kimi göstərmiş, iddianın predmeti «pul və dəymiş ziyan» olduğundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsi iş üzrə cavabdehlik daşımadığından Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbinə görə, iddiaçı iddia ərizəsində Cavabdeh və X2 cavabdeh kimi göstərməklə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçıya izah edilməlidir ki, onlar, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinə qarşı «pul və dəymiş ziyan» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, onlar, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2336/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2336/2022
06.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver