Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-2344/2021 08.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun Baki şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi 36-da yerləşən kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun tutulması tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor "xxxx" MMC ilə Borclu arasında 30 yanvar 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə borcluya 1553 manat dəyərində məişət texnikası televizor verilmişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu borcu ödəməkdən yayınır və beləliklə borc müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun cəmiyyətə olan borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırkı vaxtadək onun cəmiyyətə olan borcu ödənilməmiş qalır. Hazırda borclunun "xxxx" MMC-yə 1235 manat borcu yaranmışdır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər borc alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditor pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 281.1, 281.1.6-cı maddəsinə əsasən, dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa məhkəmə əmrində göstərilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borcluların mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqidə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: 1235 manat əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu 07 avqust 1984-cü il tarixdə Ermənistan Basarkeçər rayonunda doğulmuş, Yevlax şəhəri, Məhsəti küçəsi mənzil 7-də qeydiyyatda olan Borclu alınaraq "xxxx" MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2344/2021
Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-2344/2021
08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver