Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-2350/2021 08.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə baxaraq, müəyyən e t d i: Kreditor "xxxx" MMC qeyd olunan ərizəni təqdim edərək Borclu 520 manat məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, kreditor "xxxx" MMC ilə Borclu arasında bağlanmış 25.02.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 8 ay müddətinə ümumi qiyməti 600 manat dəyərində olan “Xiaome Note 8” mobil telefon satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etməmək şərti ilə hər ay üçün 75 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhddəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 80 manat ödəniş etmiş, qalan 520 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən. "Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50 %-dən artlq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Təqdim edilmiş, tərəflər arasında bağlanış 25 fevral 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin və maliyyə arayışının surəti ilə müəyyən olunur ki, Borclu kreditordan ümumi dəyəri 600 manat olan Xiaomi Note 8 mobil telefon almış və hər ay üçün 75 manat ödəmək öhdəliyini üzərinə götürsə də, cəmi 80 manat ödəniş etsə də, qalan 520 manat pulu ödəməmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Maddə 278. Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Belliklə, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borc, habelə ödənilmiş 20 manat məbləğində pul vəsaiti Borclu kreditorun xeyrinə tutulmalıdır. Ödənilməli olan daha 10 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: Borclu, xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri H.Aslanov küçəsi ev 54-də qeydiyyatda olan və yaşayan Borclu 520 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 540 (beş yüz qırx) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan 10 (on) manat dövlət rüsumunu Borclu dövlət büdcəsi xeyrinə tutulsun. Borclu, məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində, verilmiş tələbə və ya onun hissəsinə qarşı, əmri vermiş Məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilərlər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2350/2021
Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-2350/2021
08.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver