Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2387/2024 27.12.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Yevlax şəhər İcra Hakimiyyəti Başçının aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqların atasının himayəsində saxlanılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah xx.xx.2011-ci ildə Yevlax rayon Qeydiyyat Şöbəsində 566 saylı qeydiyyata alınmış, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Yevlax Rayon Məhkəməsinə cavabdeh rəsmi ərizə ilə müraciət edərək boşanmış və onunla cavabdeh arasında olan nikah qeydi tamamilə pozulmuşdur. Artıq onlar boşanmış, uşaqlar anasının himayəsində qalmışdır. 2024-cü il tarixdə cavabdeh 3 uşağı onun üzərinə ataraq ərə getmiş, başqa şəxslə nikaha girmişdir. Artıq bir ilə yaxındır ki, azyaşlı uşaqları onun himayəsindədir. Artıq şərait dəyişərək bu gün uşaqlar onun yanında yaşayır. Uşaqlarının təhsili ilə bağlı övladlarının rəsmi olaraq onun himayəsində qalmasını müəyyən edən məhkəmə qətnaməsinin çəxarılmasına ehtiyacı vardır. Məhkəmədən hazırda faktiki onun yanında olan üç uşağı xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına dair qətnamə çıxarılmasını istəyir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək, iddiaçının cavabdeh ilə birgə nikahdan olan uşaqlarının onun himayəsində saxlanılmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Cavabdeh ünvan 1 ünvanında qeydiyyata olan və hal-hazırda göstərilən ünvanda yaşamır və hansı ünvanda yaşaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur ona görə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyəti Başçının aparatının yetkinlik yaşına çatmayanları işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Asəf Almədətovun iştirakı ilə fikirləri öyrənilmiş Aydan Yusibova, Röya Yusibova və Famil Yusubzadə atalarının yanında yaşadığını və ataları ilə qalmaq istədiklərini bildirmişdir. Məhkəmə iclasında Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi Komissiyanın verdiyi rəyi müdafiə etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İİ seriyalı 775958 №li, AZ-İİİ seriyalı 177144 №li və AZ-İİİ seriyalı 754419 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü Aydan, xx.xx.2013-cü il təvəllüdlü Röya və xx.xx.2016-cı il təvəllüdlü Famil adlı uşaqları var. xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2024-00318 saylı arayışdan məlum olur ki, İddiaçı uşaq tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, komissiya azyaşlıların hüquq və mənəfelərini, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 atalarının yanında qalmaq istəmələri ilə bağlı komissiyaya verdikləri ərizələrini əsas götürərək, onların ataları İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respubilikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 60.4-cü maddəsində qeyd olunmuşdur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, uşağın atası ilə birgə yaşamasını istisna edən hallar mövcud deyildir. Atası uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq və bunlara görə məsuliyyət daşımaq iqtidarındadır. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 27 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 ataları ilə birlikdə yaşamaq istədiyini bildirmişdirlər. Qeyd olunan hallarını nəzərə alıb məhkəmə hesab edir ki, idda tələbi qanuni və əsaslı olduğundan təmin olunmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddiа təmin еdilsin. xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X5 ataları İddiaçı yanında qalması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2387/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2387/2024
27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver