Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-239/2023 19.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı atalığa dair qeydin ləğv edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı atalığa dair qeydin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “Asan xidmət Mərkəzi” qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə anadan olmuş, X4 barəsində aparılmış “atalıq haqqında” qeydin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci ildə cavabdeh X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, xx.xx.2021-ci ildə cavabdeh bir oğlan uşağı doğulmuşdur. Həmin uşağa xx.xx.2021-ci il tarixdə Bakı 5 saylı “Asan xidmət Mərkəzi” qeydiyyat şöbəsi tərəfindən AZ-İV 675195 nömrəli doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamənin ad qrafasında X4 ata adı qrafasında İddiaçı, ata adı qrafasında isə Cavabdeh kimi qeyd aparılmışdır. Cavabdehlə ailə həyatı qurduqdan sonra uşağı olmadığından bununla bağlı cavabdeh xeyli müddət müalicə kursu keçmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Daha sonra süni yolla uşaq dünyaya gətirməsi barədə qərara gəldik və beləliklə hər ikisi həkim müayinəsindən keçdik. Ondan nümunə götürüldü, lakin sonradan davam edən proseslərlə bağlı məlumatı olmamışdır. Bir müddətdən sonra məlum oldu ki, cavabdeh hamilədir. Cavabdehin ondan (ilk dəfə onunla getməsi istisna olmaqla) xəbərsiz həkim müayinələrinə getməsi və hamilə qalması onda müəyyən şübhələr yaratmış, bu səbəbdən aralarında müəyyən mübahisələr yaranmağa başlamışdır. Lakin buna baxmayaraq yenə də ailə həyatını davam edirdik, maddi təlabatını ödəyirdi, hətta uşaq doğulduqdan sonra da cavabdehə maddi yardı etməyə davam etmiş, lakin cavabdehə maddi yardım göstərsə də, uşağın atası olduğuna dair şübhələri hələ də qalmaqda idi. Çünki daima fikir edirdi, düşünürdüm və bu da onda uşağın atası olduğuna dair şübhələri daha da artırırdı. Bu səbəbdən də aralarında tez-tez mübahisə yaranırdı. Cavabdeh ona qarşı məhkəmədə iddia qaldıraraq ondan uşağa görə aliment tələb etdikdə, o da ona qarşı iddia qaldırmaq qərarına gəlmişdir. Çünki bu günədək gözləyirdi ki, nəhayət cavabdeh ona qarşı olan şübhələrini qəbul edər və öz aralarında məsələni həll etmiş olarıqdır. Lakin düşündüyümün əksi baş verdir. Cavabdeh süni mayalanma yolu ilə hamilə qaldığından, baxmayaraq ki, ondan nümunə götürülmüş, lakin uşağın atası olduğuna dair şübhələri var. Cavabdehə qarşı hazırki iş üzrə tələbi qanuni və əsaslı olduğundan təmin edilməli və atalığa dair qeyd ləğv edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, hazırkı halda da şübhələrinin olduğunu, Uğurun atası olduğuna inanmadığını bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, sözügedən süni mayalanma əməliyyatına ər-arvad olaraq hər ikisinin razılığı ilə gedildiyini, iddiaçının da onunla birlikdə müayinə və müalicələrdə olduğunu, uşağın atasının məhz İddiaçı olduğunu bildirmiş və məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Bakı 5 saylı “Asan xidmət Mərkəzi” qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 178100 №li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış nikah 2017-ci ilin fevral ayının 10-cu günündə akt qeydləri kitabında 312 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada isə Babayeva soyadı verilmişdir. AZ-İV seriyalı 675195 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Uğur adlı uşaqları var. xx.xx.2022-ci il tarixli, 00094 saylı arayışdan məlum olur ki, İddiaçı doğum aktı qeydinin ləğv tələbi ilə bağlı ilkin olaraq mediatora müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2023-cü il tarixli, 9/429 saylı rəyindən görünür ki, 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-cı (cədvəl 1,1-16 saylı STR lokuslar) üzrə X4 ilə güman olunan ata İddiaçı arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır.(cədvəl 2) Cədvəldən görünür kimi, nəticələrin etibarı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokusların hər biri üzrə testdə iştirakı edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir otaq allel aşkarlanmışdır (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya-F-ə nəzərən obliqat allelləri göstərilmiş və “uyğundur” kimi qiymətləndirilmişdir). Amelogeninlər alınan nəticə rallığa uyğun gəlmişdir- testə uğradılan uşaq olğandır. Testə uğradılan şəxslərin genotiplərində tam horoziqotluq aşkar edilməmişdir. Cəmi iki halda (CSFPO və TPOX STK lokusları üzrə) təkcə güman olunan atanın və cəmi iki halda (D7S820 və TH)O1 lokusları üzrə) təkcə uşağın genotiplərində horoziqot allellər aşkar olunmuşdur. Tam homoziqotluğun olmaması və testə uğradılan şəxslərdə daxili homoqizotluğun həddə artıq uşağı olması (uşaq və güman olunan atanın hər birində cəmi 2 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləlikə, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X4 adlı uşağın bioloji atası olması təsdiq olundu. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4-ci maddəsinə görə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.4-cü maddəsinə görə öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.3-cü maddəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada süni mayalanma və embrionun implantasiyasına yazılı razılığı olan ərin atalığa dair mübahisə açma zamanı bu vəziyyətə əsaslanmaq hüququ yoxdur. 47.4-cü maddəsinə görə embrionun başqa qadına köçürülməsinə razılıq vermiş ərarvad, habelə uşağı doğan qadın (surroqat ana) atalığa (analığa) dair mübahisə açma zamanı doğum haqqında şəhadətnaməyə valideynlər haqqında qeyd yazıldıqdan sonra həmin vəziyyətə əsaslana bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107 -ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə hesab edir ki, mülki işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəylər sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşaraq və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə ekspertizanın verdiyi rəyin hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edərək, onunla razılaşmışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehlə rəsmi nikah münasibnətlərində olmuş, tərəflər təbii yolla övladları olmadığından süni mayalanma yolu ilə övlad sahibi olmağa qərar vermiş və hər iki tərəf həkim müayinəsindən keçmiş, iddiaçıdan müvafiq nümunələr götürülmüş və nəticədə cavabdeh mübahisələndirilən uşağı doğmuşdur. Eyni zamanda iş üzrə məhkəmə-genetik tədqiqatı keçirilmiş və İddiaçı X4 adlı uşağın uşağın bioloji atası olması təsdiq olunmuşdur. Qeyd olunanları, habelə qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş məhkəmə xərcləri İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı atalığa dair qeydin ləğv edilməsi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri İddiaçı özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-239/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-239/2023
19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver