Məhkəmə qərarları › İş №2(039)-2390/2023

Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-2390/2023

31.08.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-2390/2023 31.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun Kreditor "xxxx" MMC-nin Borclu qarşı borcun tutulması tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor "xxxx" MMC ilə Borclu arasında 18 iyun 2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən borcluya 1560 manat dəyərində SnaigeRF36 markalı soyuducu və PrelVN3289A markalı qaz sobası verilmişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu borcu ödəməkdən yayınır və beləliklə borc müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun cəmiyyətə olan borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırkı vaxtadək onun cəmiyyətə olan borcu ödənilməmiş qalır. Hazırda borclunun "xxxx" MMC-yə 1810 manat əsas borcu və 181 manat cərimə borcu yaranmışdır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər borc alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditor pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 281.1, 281.1.6-cı maddəsinə əsasən, dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa məhkəmə əmrində göstərilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borcluların mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqidə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: 1810 manat əsas borc, 181 manat cərimə borcu və ödənilmiş 40 manat məbləğində dövlət rüsumu xx xxxxxx 1980-ci il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Yevlax rayonu, Xaldan kəndində qeydiyyatda olan Borclu alınaraq "xxxx" MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar