Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2534/2025 07.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğinə ödənilməsindən maaşdan faiz nisbətinə ödənilməsinə keçirilməsi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və tələbin əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun üzərinə qoyulmuş hər ya 384 manat sabit məbləğində alimentin öhdəliyin ləğv edilməsini, alimentin onun əmək haqqından ¼ hissə nisbində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə iclası zamanı iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə təqdim edərək, birgə nikahdan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 384 manatın azaldıraraq hər ay 250 manat alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(039)-169/2025 saylı qətnaməsi ilə onun üzərinə hər ay 384 manat məbləğində alimentin ödənilməsi öhdəliyi qoyulmuşdur. Hazırda müəyyən edilmiş sabit məbləğin ödənilməsi faktının maliyyə vəziyyəti ilə uyğun gəlmir. Onun üçün ağır maddi yük yaradır. Onun hazırda ikinci ailəsi var və iki azyaşlı övladlarının saxlanılması da öhdəsindədir. Rəsimi iş yerim var ancaq maaşı 200 manat təşkil edir. Gündəlik həyat məişət xərcləri və hazırkı alimentin məbləği ailəsinin sosial vəziyyətini ağırlaşdırır. Aliment məbləği müəyyən edilərkən aliment ödəməyi maddi vəziyyətini nəzərə alınmamışdır. Hazırda aliment tutularkən onun digər ödladları və ailə üzvlərini nəzərə alınmamışdır.Bütün bunların nəzərə alaraq alimentin sabit məbləğində ləğvi edib əməkhaqqında qanunla müəyyən edilmiş faiz nisbətində tutulmasının daha məqsədə uyğun hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək, iddia tələbini qəbul etdiyini və alimentin məbləğinin azaldılaraq 250 manat ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, AZ-İ seriyalı, 058037 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X2 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 501 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Cəfərli, arvada Cəfərli soyadı verilmişdir; xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı, 743445 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 (atası İddiaçı, anası X2) xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 257106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası İddiaçı, anası X2) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli işçi barədə məlumatdan görünür ki, İddiaçı satıcı vəzifəsində işləyir aylıq əmək haqqı 200 manat təşkil edir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-169/2025 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il 8(039)-169/2025 saylı qərardadı dəyişdirilmiş, Şəki Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli 2(107)-1321/2018 nömrəli qətnaməsi ilə borclu İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,96 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 8(039)-169/2025 saylı qərardadı ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməli, xx.xx.2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı tutulmalı olan alimentin miqdarı hər ay 250 manat sabit pul məbləğində həcmində müəyyən edilməli və həmin məbləğ İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, 8(039)-169/2025 saylı qərardadı ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay uşaq üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2534/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2534/2025
07.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver