Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2590/2022 19.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “nikah pozulması və mediatora ödədiyi 100 manat pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli rəsmi nikah qeydinin pozulması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 ilə xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmi qaydada 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından uşaqları yoxdur. Cavabdeh ilə ailə qurduqdan bir müddət normal ailə kimi yaşamış, ancaq son vaxtlar cavabdeh tamamilə dəyişmişdir. Ailə başçısı kimi ona biganə yanaşmış, haqqını tapdalayaraq bir insan kimi onu saymır, evdə dolandırmırlar və buna biganə yanaşır. Aralarında narazılıqlar yaranmışdır. Artıq 4-5 ay olar ki, ailə dağılmış, məcbur olub anasının evinə gəlmiş və ayrılmışlar. Cavabdeh bir dəfə də olun onunla ailəsi kimi maraqlanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X1 Rayon Məhkəməsinə teleqram göndərərək, İddiaçı nikahın pozulmasına dair iddianı qəbul etdiyini və aralarında olan nikahın pozulmasın dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T № 049297 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X5 arasında bağlanmış nikah 2021-ci ilin iyul ayının 06-cı günündə 1 saylı Gəncə regional “ASAN xidməti” mərkəzinin akt qeydləri kitabında 1091 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Amoyev, arvada isə Amoyeva soyadı verilmişdir. 1 saylı Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 05/Q-2245 №li, xx.xx.2022-ci il tarixli məktubla tərəflərdən biri gəlmədiyinə görə nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2022-ci il tarixli, 05423 saylı arayışdan məlum olur ki, İddiaçı nikahın pozulması tələbi ilə bağlı ilkin olarq mediatora müraciət etmişdir. xx.xx.2022-ci il tarixli ********** saylı və xx.xx.2022-ci il tarixli ********** saylı qəbzlərdən görünür ki, İddiaçı dövlət hesabına 100 manat pul ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Hazırda məhkəmə tərəflərin nikahın pozulmasında israrlı olduğunu və ailənin faktiki olaraq dağıldığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Tərəflərə izah edilməlidir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Amoyeva (Həsənova) Fatimə Həsən qızı ilə X7 arasında 1 saylı Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 2021-ci ilin iyul ayının 06-cı günündə akt qeydləri kitabında 1091 nömrə ilə qeydə alınmış nikah pozulsun. Cavabdeh X2 mediasiya ödədiyi 100 manat pulun alınıb İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2590/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2590/2022
19.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver