Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-260/2020 06.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, İddiaçı cavabdeh Malbinəsi Bələdiyyəsinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Malbinəsi Bələdiyyəsinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən işlədiyi illər- 2014-ci il üçün 11 ayının, 2015-ci il üçün 12 ayının, 2016-ci il üçün 12 ayının, 2017-ci il üçün 12 ayının, 2018-ci il üçün 12 ayının, 2019-cu il üçün 7 ayının cəmi ödənilməmiş 63 aylıq dövr üçün 6930 manat məbləğində əmək haqqının tutulmasına və ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdeh Malbinəsi Bələdiyyəsinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-260/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-260/2020
06.02.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver